Dünya 

Azərbaycanlını Rusiyada nanəyə görə cərimələdilər

“Krasnoyars” aeroportunda Rusiyalı fitosanitarlar Azərbaycandan gələn qadını saxlayıblar.

ARANTV.AZ xəbər verir ki, qadının əl çantasında Rusiyaya gətirilməsi qadağan edilən çox sayda ot şitili (təzə nanə) aşkar edilib.

Həmin otlar götürülüb və məhv edilib, qadın isə cərimə olunub.

Məlumata görə, Azərbaycan, Tacikistan və Özbəkistan vətəndaşlarına müvəqqəti olaraq əl çantalarında və baqajlarında karantin məhsullarının gətirilməsi qadağan olunub.

oxu.az

Daha çox xəbərlər

Leave a Comment