Səfərdən qayıdan azarkeşlərin avtobusu qəzaya düşdü – 2 nəfər öldü
Türkiyə Super Liqasının 24-cü turunda “Ankaragücü” klubu səfərdə “Antalyaspor”un qonağı olub.
ARANTV.AZ xəbər verir ki. qarşılaşma qonaqların 4:2 hesablı qələbəsiylə yekunlaşıb.
Oyun başa çatdıqdan sonra Antalyadan Ankaraya dönən azarkeşləri aparan avtobus qəzaya uğrayıb. Afyon-Sandıklı yolunda avtobusun aşması nəticəsində Mert Turqut Çakır ve Eren Açıkgöz adlı 2 azarkeş ölüb, 20-dən çox insan isə yaralanıb. Ölən şəxslərdən birinin 15, digərinin isə 17 yaşı var.
Hadisədən sonra “Ankaragücü”nün sosial media hesablarından “Sonu belə olmamalı idi. Başımız sağ olsun. Yasdayıq” açıqlaması yayınlanıb.milli.az

