12-ci Mehdiyev…
Çoxlarının bəyənmədiyi Rusiyanın elm adamları hamıdan əvvəl koronavirusa qarşı vaksin tapdı, bizim alimlər isə hələ də “hörümçək” sözünün lügətə niyə düşmədiyini araşdırırlar
Azərbaycan (SSR) Milli Elmlər Akademiyası 1945-ci ildə təsis edilib. İlk təsisçi İdarə Heyətində Səməd Vurğun, Üzeyir Hacıbəyov, Yusuf Məmmədəliyev, Heydər Hüseynov, Mirəli Qaşqay, Mustafa Topçubaşov kimi dövrünün tanınmış alim və ziyalıları olub. Kimyaçı alim Yusif Məmmədəliyev sonradan iki dəfə AMEA-nın prezidenti də seçilib. Təsis ediləndən üzübəri AMEA-nın prezidentləri sırasında görkəmli cərrah Mir Əsədulla Mirqasımov, fizik Həsən Abdullayev, riyaziyyatçı Zahid Xəlilov da olub ki, onlar çoxdan Allahın rəhmətinə qovuşulublar. Fizika-riyaziyyat elmələr doktoru Eldar Salayev 1983-cü ildən ta 1997-ci ilədək akademiyaya rəhbərlik edib.
![]()
Ramiz Mehdiyev AMEA-ya prezident seçilmiş 12-ci rəhbər şəxsdir. Mehdiyev həm də 11 sələfi (onların sırasında yalnız Akif Əlizadə həyatdadır) içərisində yeganə rəhbər şəxsdir ki, onun adının qarşısında konkret elm sahəsi yoxdur…
Hakimiyyətdən kənarlaşdırılmasından ötən müddətdə də Mehdiyevin adı ətrafında baş verənlərdə kimin günahkar olması indi o qədərdə əhəmiyyətli deyil. Onu hakimiyyətdəki xidmətlərini nəzərə alınmaqla böyük sayğı və hörmətlə fəxri istirahətə yola sadılar. Mehdiyev Prezident Administrasiyasını tərk etdi, amma üzdə qalmaqdan, adının hələ də gündəmdə qalması istəyindən vaz keçmədi. Bu sual isə maraqlıdır: niyə axı? Mehdiyevə yaşının bu çağında buna nə ehtiyacı vardı?
![]()
Mehdiyev hələ sovet ideologiyasının fəal təlimatçısı-təbliğatçı olduğu vaxtından- AMEA-ya həmişə “bir köynək” yaxınlığı olub. Sovet hakimiyyətinin əsas dayaqlarından biri də AMEA-lardakı ziyalı təbəqə idi. O səbəbdən Mehdiyev AMEA seçimini yəqin ki, təsadüfi etməmişdi. Bu barədə bir dəfə də yazmışdım, hakimiyyət əlbəttə ki, Mehdiyevin prezident olmasından sonra AMEA-da elmdə sıçrayış, Nobel mükafatları gözləmirdi. Mehdiyev də PA-da işlədiyi müddətdə daima nəzarətində olmuş bu “elm ocağının” səviyyəsinə yaxşı bələd idi və o da möcüzə olmayacağını bilirdi.
Mehdiyevdən əvvəl AMEA haqda ara-sıra nə isə yazılardı, cəmiyyət və media üçün oranın “qocalar evi”ndən və ya “hörümçək torlu” otaqlardan xüsusi fərqi də yox idi. Ramiz Mehdiyevin təyinatından sonra isə AMEA 80-90-cı illərin müstəqillik mübarizəsi illərində olduğu kimi siyasətin “ağırlıq mərkəzinə” çevrildi.
![]()
AMEA elmüstü elm mərkəzidir, yəni adına uyğun olar fəaliyyət sahəsi belə olmalıdır. Hər il nə qədər adam burada kiçik elm adamından tutmuş, akademikə qədər ali dərəcə alır. Dövlətimiz isə bu sayın artmasından heç nə qazanmır. “Qazanmır” maddi mənada deyilmir, əksinə dövlət elmə pul ayırır. Amma bu pul da təyinatı üzrə xərclənirmi, yeni elmi ixtiralar, yeni elmi kəşflər varmı? Cavab birmənalı mənfidir. Kiminsə əməyini yerə vurmaq istəmirəm, amma bax, bu AMEA Mehdiyevdən əvvəl nə uğur qazanıb ki, indi deyək ki, Ramiz Ənvəroviç onu batırıb? Elmi ad almaq, akademik olmaq üçün indi deyəsən, çox oxumaq, çox elmli olmaq lazım deyil. Elmi Şuralar hansı prinsiplərlə işləyirdisə, indi də elə işləyirlər. Elmə münasibət Ramiz Mehdiyevin eynəyinin altından kiməsə tərs və ya düz baxması ilə müəyyənləşmir. Elmə münasibət dövlətin təməl prinsipidir, çox vacib, çox mühüm sahədir.
Bəyənmədiyiniz Rusiyanın Səhiyyə Nazirliyinin Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzi hamıdan əvvəl koronavirusa qarşı vaksin tapdı, bizim alimlər isə hələ də “hörümçək” sözünün lügətə niyə düşmədiyini araşdırırlar. Hələ dünyanın digər elmi mərkəzlərini demirəm, hər il onlarla dünyaya gərəkli kəşflər, araşdırmalar edirlər. Mehdiyevi suçlamaq asandır, hətta bunu bekarçılıqdan hıər gün etmək də olar, amma AMEA-dakı problem yalnız “onun paltosunu geyinib getməklə” həll ediləsi deyil. Söhbət budur!
![]()
Mehdiyev də gedəcək, 13-cü prezident də gələcək. Amma könül istərdi ki, elmə, AMEA-dakı mühitə diqqət yenə də indiki kimi olsun. Bu elm ocağında vicdanlı, bilikli və bacarığını dövlətə, millətə həsr etmək istəyənlərin sayı da əlbəttə ki, az deyil. Elm gəncləşməli, dünyaya açılmalıdır, gənc kadrlar dünyanın ən yaxşı elmi mərkəzlərində, laboratoriyalarında işləməlidir, o laboratariyalar hətta burada qurulmalıdır. Mehdiyev planlaşdırmasında gənc kadrı gətirib birdən-birə nəinki nazir, hətta icra başçısı belə təyin etmək qəbeldilməz idi. AMEA-da ətrafına da ona görə köhnə nomenklaturanı, hakimiyyətdən uzaqlaşdırılmış yaşlı adamları toplamağa meyllidir. Yanına bir gənc almaq, bir gənci irəli çəkmək, onun parlaq gələcəyini planlamaq kimi istəyi yoxdur.
AMEA-da bekarçılıqdan nərd atan da, qeybət edən də olacaq. Amma elm mərkəzi elmlə nəfəs almalıdır. AMEA-da çatışmayan əsas bu nəfəsdir…

