Hacıqabul sakini artıq doza narkotikdən ölüb

Hacıqabul sakini narkotik vasitənin artıq dozada qəbulundan ölüb.

ARANTV.AZ xəbər verir ki, 1986-cı il təvəllüdlü Əliyev Səbuhi Nemət oğlu narkotik vasitəni istehlak miqdarından artıq istifadə zamanı komatoz vəziyyətə düşərək ölüb.

Onun meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.