Dünya 

Türkiyə Gürcüstanı xüsusi texnika ilə təchiz edib – FOTO

Türkiyə höküməti Gürcüstan tərəfi ilə imzaladığı Hərbi Maliyyə Əməkdaşlıq Sazişi çərçivəsində bu ölkəyə xüsusi texnika təhvil verib.

Təqdimetmə mərasimində Türkiyənin Tbilisidəki səfiri, həmçinin Gürcüstanın müdafiə naziri, onun birinci müavini və digər yüksək rütbəli hərbçilər iştirak edib.

Məlumatda qeyd olunur ki, Türkiyə tərəfi Gürcüstana 11 ədəd təchizat maşını, iki ədəd mikroavtobus, iki ədəd traktor və digər müxtəlif texniki vasitələr verib.

Sadalanan texnika Marneuli aerodromunun maddi-texniki imkanlarının yaxşılaşdırılması üçün istifadə olunacaq.

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze xüsusi texnikaya baxış keçirib.

O, logistik avadanlıqların təqdim olunmasına görə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqana təşəkkür edib.

 

Mənbə: Huriyyet

Daha çox xəbərlər