Prezident İlham Əliyev Fazil Qurbanovu “Şöhrət” ordeni ilə təltif edib
Prezident İlham Əliyev Fazil Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
ARANTV.AZ azərtac-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elmi əlaqələrin inkişafında xidmətlərinə və səmərəli diaspor fəaliyyətinə görə Fazil Səməd oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilir.

