“GəncSƏN? Öz Biznesinə Başla” layihəsinin iştirakçıları sertifikat və diplom ilə təltif edilib.
Layihə çərçivəsində iştirakçılara Biznes plan, Biznes layihələrin yazılması, Hüquqi sənədlərin hazırlanması, Marketinq araşdırılması, SWOT və SMART təhliləri keçilib. İştirakçılar öyrəndiklərini komandalararası yarış vasitəsilə tətbiq ediblər. Layihədə 30 nəfər iştirak edib. Təlimlərin sonunda Atena MMC şirkətinə ekskursiya edilib.














