Hadisə 

19 və 20 yaşlı gənclər qəzada öldü…

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.

Ağır tonnajlı “TIR”la “VAZ 21 06”nın toqquşması nəticəsində “VAZ”da olan iki nəfər- Şəmkir rayon sakinləri, 1999-cu il təvəllüdlü Kazımov Ruslan və 2000-ci il təvəllüdlü Cəlilov Elxan dünyasını dəyişib. Hadisə zamanı iki nəfərin də xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.qafqazinfo

Daha çox xəbərlər