Muxtar respublikada biotexniki tədbirlər davam etdirilir
Muxtar respublikada qış mövsümündə qarla örtülü ərazilərdə fauna növlərinin qidalanmasında müəyyən problemlər yaranır. Buna görə də müvafiq yerlərdə biotexniki tədbirlər görülür, heyvanlar üçün qida ehtiyatı yaradılır.
ARANTV.AZ xəbər verir ki, bu məqsədlə Şahbuz rayonunda növbəti biotexniki tədbir həyata keçirilib. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən biotexniki tədbirdə çöl heyvanlarının kompleks məskunlaşdığı ərazilərə və miqrasiya dəhlizlərinə meyvə-tərəvəz qalıqları səpilib, daş duz qoyulub. Rayonun digər müvafiq ərazilərində də biotexniki tədbirlərin keçirilməsi nəzərdə tutulur.







