Gədəbəydə şəhidimiz anılıb
Fevralın 20-də 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canından keçən Şəhidimiz – Gədəbəy rayon sakini Həsənov Novruz Cumalı oğlunun doğum günü münasibətilə, məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
ARANTV.AZ xəbər verir ki, mərasimdə YAP Gədəbəy rayon Təşkilatının məsul şəxsləri, Gədəbəy Rayon RİH başçısı aparatının işçiləri, eləcə də rayon ictimaiyyətinin iştirak ediblər.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!










