Nazirlikdə həbslər gedir: növbədə kimlərdir? Üzeyir Cəfərov CANLI-da
Politoloq Zərdüşt Əlizadənin fikrincə, bölgədə təxribatları Rusiya edir. Politoloqun sözlərinə görə, əslində isə atəşkəs rejimi Rusiyanın göstərişi ilə pozulur: “Çünki bu atışmalardan nə Ermənistana, nə də Azərbaycana xeyir gəlir”.
Zərdüşt Əlizadə qeyd edir ki, Rusiya bölgədə vəziyyətə nəzarət etdiyindən, atəşkəsin pozulması halında həm erməni, həm də Azərbaycan tərəfə təzyiq imkanı əldə edir.
Azərbaycan Ordusunun Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 20-si saat 20:50-də və Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri isə fevralın 21-i saat 01:15-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan atıcı silahlardan atəşə tutulub.
Müdafiə Nazirliyinin xəbərinə görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub. Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.
O, Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Polkovnik M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.
Hazırda istintaq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilib. Yaxın saatlarda məhkəmə bununla bağlı qərar verəcək.
TVMusavat-ın canlı yayınında aparıcı Emil Salamoğlu ehtiyatda olan polkovnik Üzeyir Cəfərovla orduda baş verənləri, həbsləri, bölgədə separatçıların artan təxibatlarını, o cümlədən Ukrayna cəbhəsində yaşanan gərginliyi müzakirə edir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com

