Rublun və Rusiya fond bazarının birjanın müəyyən etdiyi həddə düşməsi səbəbiylə Moskva birjasında ticarət əməliyyatları dayandırılıb.
“Bütün bazarlarda ticarət əməliyyatları dayandırılıb. Fəaliyyətin bərpası barədə əlavə məlumat veriləcək”, – deyə birjanın mətbuat xidməti bildirib.
Moskva birjasının ardınca Sankt-Peterburq birjası da əməliyyatları dayandırıb.
Mənbə: TASS
