Region Xəbərləri 

” Xocalı harayı “

Bu gün Bərdə rayon Heydər Əliyev Mərkəzində 26 fevral Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş ” Xocalı harayı ” adlı tədbir keçirilmişdir.Tədbirdə Bərdə şəhər 4 saylı şəhər kitabxanası , Bərdə Dövlət Rəsm Qalereyası və Bərdə rayon Tarix- Diyarşünaslıq Muzeyinin əməkdaşları iştirak etmişdir.Tədbir Xocalı qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsindən sonra Mərkəzin direktoru Arifət Əhmədovanın çıxışı ilə davam etdi. A.Əhmədova öz nitqinə Ulu Öndər Heydər Əliyevin Xocalı genosidinə münasibət bildirərkən ifadə etdiyi fikirlərlə başladı.O bildirdi ki, Heydər Əliyev qeyd etmişdir ki , bütövlükdə Azərbaycan xalqına qarşı
yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz
qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni
zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Sonra Bərdə Tarix -Diyarşünaslıq Muzeyinin elmi işçisi Türanə Məmmədova çıxış etdi.O bildirdi ki , Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.Sonra Mərkəzin elmi işçisi Türkan Şadlinskaya bildirdi ki , Bəşəri cinayət olan Xocalı soyqırımının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətidir.Daha sonra Qalereyanın şöbə müdiri Bəsti Əliyeva çıxış edərək bildirdi ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Sonra Mərkəzin fond mühafizi Tamam Hüsüzadə çıxış etdi.O qeyd etdi ki , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. 2017-ci ildə Xocalı soyqırımının 25-ci ildönümü də Bakıda növbəti ümumxalq yürüşü ilə yad edilib. Yürüşdə “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!” və s. çağırışlar və şüarlar nümayiş etdirilib.Tədbirin yekununda 4 saylı kitabxananın əməkdaşı Sədaqət Qarayeva çıxış edərək bildirdi ki, hər bir azərbaycanlı Xocalı müsibətini unutmamalı, tariximizin ən ağrılı yarası olan soyqırımı bütün dünyaya hayqırmalıdır.

Daha çox xəbərlər