Gündəm 

Azərbaycan etibarlı tərəfdaşdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Prezident İlham Əliyevin Rusiya səfəri və bu səfərin gündəliyi iki ölkə arasında mövcud olan münasibətlərin ümumi formatından xəbər verir. Həm Rusiyanın, həm də Azərbaycanın bütün media platformalarında geniş şəkildə işıqlandırılan səfərin diplomatik münasibətlərin yaranmasının 30 illiyi ərəfəsində reallaşması da mühüm əhəmiyyətə malikdir.

Azərbaycan Qafqazda Rusiya  ilə tarixi iqtisadi, siyasi və sosial əlaqələrə malik olan ən qabaqcıl ölkədir. Ölkələr arasında daima yaxşı diplomatik münasibətlər mövcud olmuşdur. İqtisadiyyat, ticarət  və turizm sahələrində də iki ölkə arasında maksimm əlaqələr mövcuddur. Tarixi qonşuluq münasibətlərindən irəli gələn bu ənənə bu gündə inkişaf etməkdədir. Azərbaycan təkcə iqtisadi arenada deyil eyni zamanda siyasi əməkdaşlıq arenasinda da Rusiya ilə geniş əməkdaşlığa malikdir. Azərbaycan qonşuluğunda yerləşən bütün dövlətlərlə birgə əməkdaşlıqda maraqlıdır. İstər Rusiya, istərsə də Türkiyə ölkəmiz üçün çox mühüm əhəmiyyət daşıyan dövlətlərdir. Bunun üçün Azərbaycan hər iki ölkə ilə münasibətlərini ən yüksək səviyyədə saxlayır.

Hər iki Qarabağ müharibəsində Azərbaycana maddi və mənəvi dəstək verən Türkiyə ilə münasibətlərimiz müttəfiqlik formatında davam etməkdədir. Müharibədən Zəfərlə çıxan ölkəmiz işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı abadlıq-qurucukuq işlərinə başlamışdır. Quruculuq işlərinin aparılmasında bizimlə bərabər Türkiyə şirkətləri də yaxından iştirak edirlər. Azərbaycan bölgədə sülh və sabitliyin qorunmasında fəallıq göstərir. Lakin ərazinin minalardan təmizlənməsi prosesi bu işlərin intensivliyinə mane olur. Ermənistan tərəfindən mina xəritələrinin təqdim olunmaması çoxlu sayda vətəndaşımızın tələfatı ilə nəticələnir. Bu görə birbaşa məsuliyyət Ermənistan siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə ən nümunəvi ölkələr sırasındadır. Vaksinləşmə prosesi könüllülük prinsipi ilə yüksək səviyyədə həyata keçir. Eyni zamanda Azərbaycan iqtisadi cəhətdən geridə qalmış bir çox ölkələrə vaksin və digər gigeynik vasitələrlə humanitar yardımlar etmişdir. Hər zaman yüksək mənəvi dəyərlərlə zəngin olan ölkəmiz dünyanı bürüyən bu bəla zamanı da xeyirxah və humanist addımları ilə dünyanı heyrətə salmışdır.

Qafqazın lider dövləti sayılan Azərbaycan bu statusunu dünyada və regionda qazandığı etibarla qoruyub saxlamışdır. Müasir dövrümüzdə Azərbaycan həm Qərb, həm də Şərq ən etibarlı tərəfdaşdır. Rusiya ilə Azərbaycan arasında Moskva bəyannmasə ilə iki ölkə arasında bütün sahələrdə münasibətlər daha da genişlənəcəkdir. Müttəfiqlik öz milli maraqlarını reallaşdıracaq iki suveren dövləti birləşdirib. Cənubi Qafqazda yeni dövrün – mühüm regional oyunçuların səylərini gücləndirdiyi bir dövrün başlanğıcı qoyulub. Cənab Prezidentin TASS Agentliyində Rusiyanın aparıcı media qurum­larının suallarına verdiyi diplomatik baxımdan mükəmməl, informatisiya yükü ilə dolğun cavablar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması kimi önəmli mübarizəyə növbəti töhfə oldu.

Emin Süleymanov,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri

Daha çox xəbərlər