Azərbaycan Rusiyanın və Türkiyənin müttəfiqidir.
Ölkə Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasına sonuncu səfəri zamanı imzalanan Azərbaycan-Rusiya mütəffiqlik haqqında Bəyannamə ölkəmizin növbəti diplomatik uğurudur.
Cənab Prezident tərəfindən həyata keçirilən uzaqgörən və qətiyyətli siyasət ölkəmizi bütün beynəlxalq münasibətlərdə ən pik nöqtəyə çatdırmaqdadır. Ölkəmizin milli maraqlarının xarici siyasət fonunda əsas proritet məsələlərdən biri qonşu dövlətlərlə yüksək əlaqələrin qurulmasıdır. Eyni zamanda bütün bu münasibətlər ölkəmizin milli təhlükəsizliyinə və maraqlarına qarşı yönəlmiş təhdidlərin qabaqlanılmasına və aradan qaldırılmasına xidmət edir.
Şimal qonşumuz və regionda əsas nüfuz sahibi olan Rusiya ilə ölkəmizin münasibətlərinə gəldikdə isə artıq 30 ildir ki, bu münasibət inkişaf etməkdədir. Bu 30 il ərzində ölkələrimiz arasında 200-dən çox sənəd imzalanıb. Hətda bu iki ölkə arasındakı münasibətlər mütəffiqlik kimi də xarakterizə olunurdu. Bu reallıqda belə olsada bu barədə rəsmi bir sənəd yox idi. Məhz ölkə başçısının sonuncu səfəri bu iki tərəfli Bəyannamənin imzalanmasını rəsmləşdirməklə ölkəmizin Rusiya Federasiyası ilə münasibətlərini ən ali formata çatdırdı. İmzalanmış Bəyannamə uzun illər boyu aparılmış çox ciddi işin nəticəsidir. Bu sənədin ərsəyə gəlməsi üçün Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrup sənədin üzərində bir ildən artıq müddətdə birgə çalışaraq və hər iki ölkənin milli maraqlarına xidmət etməsini təmin ediblər. Bəyannamədə Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir.
Regionumuzda ən böyük hərbi-siyasi təşkilat olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rol məhz Rusiyaya məxsusdur. Ölkəmizin Rusiya ilə hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində bir addım artıq atılıb.
2020-ci il iyul aylarında Ermənistan silahlı birləşmələrinin Azəbaycanın Tovuz rayonu ilə sərhəddə təxribata əl atmasının əsas məqsədi məhz KTMT-nin bu məsələyə qatmaq niyyətinə xidmət edirdi. Ermənistan elə düşünürdü ki, bu hərbi-siyasi təşkilata üzv olan ölkələr Azərbaycana qarşı hərbi və siyasi təyziqlər edəcək və Ermənistanın işğalçılıq siyasətinə dəstək olacaq. Amma gözlədiklərini ala bilmədilər çünki, Ermənistan istisna olmaqla KTMT-nin digər üzvləri ilə Azərbaycanın etimadlı, yaxın, dostluq münasibətləri var.
Ölkəmiz hər zaman sülhün və qarşılıqlı dostluq münasibətlərinin tərəfində olmuşdur. Çox təəssüflər olsun ki, Ermənistan ölkəmizə qarşı 30 il işğalçılıq siyasətini həyata keçirmişdir.
2020-ci il 44 günlük Vətən müharibəsi bu işğala son qoydu. Azərbaycan Ermənistan ilə sülh müqaviləsi bağlamaq arzusundadır. İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi əsas məsələdir. Bütün bu 30 il ərzində işğal olunmuş rayonlarımızın ərazilərinə 100 minlərdə mina basdırılmışdır. Müharibənin qurtarmasından keçən bir il üç ay ərzində minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur. Mina xəritələrinin Azərbaycana təqdim edilməməsi beynəlxalq humanitar hüququnun pozulması deməkdir. Təqdim olunmuş xəritənin dəqiqliyi 25 faiz təşkil edir.
İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusu tapılıb və qaytarılıb. Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Ancaq Erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciətə baxmayaraq hələ cavab yoxdur. Bu məzarlıqlar hərbi cinayətlərin sübutları olacaq.
Bütün bu illər ərzində Azərbaycanda hər hansısa bir etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur. Misal olaraq Ermənistandan olan komanda Avropa Oyunları kimi idman tədbirlərində iştirak etmək üçün Bakıda olmaqlarını, Ermənistan nümayəndələri, hətta etnik ermənilər Azərbaycanda təşkil olunan müxtəlif tədbirlərdə iştirak etməklərini göstərmək olar. Bir neçə il bundan əvvəl Katalikos Qareginin Bakıya səfəri olub. O, Bakının mərkəzində erməni kilsəsində erməni dilində 5 mindən çox kitabın qorunub saxlanmağının şahidi olub.
Ermənistan öz işğalçılıq niyyətini bir kənara qoyub Vətən müharibəsindən sonra regionda yaradılan reallıqla barışmalıdır. Regionda sülhə təminat verən Azərbaycanla sülh və əməkdaşlıq formatına keçməlidir ki, inkişaf etsin. Bütün bu fikirləri Prezident İlham Əliyevin sonuncu Rusiya səfərində həyata keçirilən işlərin və TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə söylədiyi fikirlərin fonunda demək mümkündür.
Bərdə şəhər Akademik Tofiq İsmayılov adına 1 saylı tam orta məktəbin müəllimi – Elmir Məmmədov.

