“Yüksək çinli məmurların cəzalandırılması və korrupsiyaya, məmur özbaşınalığına qarşı aparılan tədbirlərin sərtlik dərəcəsinin və miqyasının artması”…
“Yüksək çinli məmurların cəzalandırılması və korrupsiyaya, məmur özbaşınalığına qarşı aparılan tədbirlərin sərtlik dərəcəsinin və miqyasının artması”…
2021-ci il ölkəmizin həyatında mühüm ictimai-siyasi hadisələrlə zəngin olub, dövlət quruculuğuna xidmət edən yüzlərlə qərar və qanun qəbul olunub, 30 il ərzində konstitusion haqları pozulan yüz minlərlə vətəndaşımızın doğma torpaqlara qayıdışı üçün tarixi qərarlar və işlər reallaşdırılıb, eləcə də vətəndaşlarımız bütün planetdə milyardlarla insan kimi koronovirusa yoluxmamaq üçün ənənəvi həyat tərzini, yaşam şərtlərini kəskin dəyişdirib, iqtisadi-sosial şəraitin pisləşməsi fonunda dövlət, hökumət və bələdiyyə orqanları qarşısında yeni tələblər, çağırışlar meydana çıxıb.
İnsan hüquqları üzrə müvəkkilin 2021-ci il üzrə məruzəsi Konstitusiyaya uyğun olaraq, Azərbaycanda insan hüquqları və azadlıqlarının durumunu qiymətləndirməyə imkan verir, mövcud problemləri qiymətləndirməyə şərait yaradır, müqayisəli təhlillər aparmağa və müxtəlif qanunverici, idarəetmə və digər xarakterli qərarlar verməyi bizdən tələb edir.
Əhalinin gəlirlərinin aşağı düşməsi, işsizliiyn səviyyəsinin artması, ölkə daxili və xaricinə hərəkətin məhdudlaşdırılması, şəxsi həyat məkanının daralması indi bütün dünyanın əsas qayğısına çevrilib.Xüsusilə də yaşlı insanlar, çoxuşaqlı ailələr və müxtəlif qrup əlillər üçün ötən il daha çətin olub.
Əlbəttə, biz 2022-ci ildə yaradılmasının 20-ci yubileyini qeyd edəcək Ömbudsmanın mühüm ictimai status qazandığını, dövlət və vətəndaşlar arasında etibarlı instituta çevrildiyini, bəzənsə insanların son ümid yeri kimi qəbul olunduğunu xüsusi vurğulamalıyıq.Ona görə də Məruzədə yüzlərlə insanın şəxsi və on-line platforma üzərindən qəbulu, 31-mindən artıq vətəndaşın müraciətlərinə baxıldığı və müavfiq tədbilərin görüldüyünü,184 dəfə cəzaçəkmə müəssisələrinə baş çəkildiyini, müxtəlif hakimiyyət orqanları və təmsilçiləri ilə hər bir müraciətə, çağırışa və tələbə həssaslıqla yanaşıldığını görürük, vətəndaşların pozulan hüquqlarının təmin olunması üçün hakimiyyət institutlarından ədalət və məsuliyyət istənildiyinin şahidi oluruq.
Ona görə də Müvəkkilin illik məruzəsini qitmətləndirərkən, hörmətli Səbinə xanım Əliyevanın çıxışındakı məqamları, eləcə də 4 amili unutmamalıyıq:
Birincisi, hansı beynəlxalq-regional təhlükəsizlik, risqlər və hərbi-siyasi şəraitdə dövlət instutları insanların hüquqlarını təmin edir.
İkincisi, keçilən yola qiymət verərkən tendensiyaları və ümumiləşdirmələri obyektiv meyarlar əsasında aparmalyıq.
Üçüncüsü, Prezidentin Yeni hakimiyyət quruculuğunun başlıca məqsədinin məhz vətəndaşların hüquq və azadlıqlarını təmin etməyə, genişmiqyaslı islahatları, yüksək çinli məmurların cəzalandırılması və korrupsiyaya, məmur özbaşınalığına qarşı aparılan tədbirlərin sərtlik dərəcəsinin və miqyasının artmasını müsbət amil kimi dəyərləndirə bilərik.
Dördüncüsü, Vətən müharibəsində qələbənin yüz minlərlə məcburi köçkünün doğma torpaqlarına qayıdışına şərait yaratmaqla yanaşı, bütün xalqımızın konstitusion hüquqlarının gerçəkləşməsi üçün böyük fürsətlər açdığını nəzərə ala bilərik.
Nəhayət, Ombudsmanın məruzəsini qiymətləndirərəkən onun fəaliyyətindən daha çox, dövlət, hökumət və bələdiyyə orqanlarının vətəndaşların qarşısında öhdəliklərini necə yerinə yetirdiyini dəyərləndirməliyiik.
Məruzədə diqqətçəkən birinci məqam şikayətlərin sayının artması ilə bağlıdır.Məlum olur ki, son 10 ildə cəmi bir dəfə-2017-ci ildə şikayətlər ötən 2016-cı ildəkindən 1,8% az olub. Qalan illərdə şikayətlərdə ancaq artan dinamika qeydə alınıb. 20 ildir Hesabatlarını təqdim edən qurumun cari Məruzəsində bu dinamikanın səbəb və nəticələri ilə bağlı qısa təhlilin əksini tapması faydalı olardı. O zaman artımın sosial-demoqrafik faktordanmı, yaxud vətəndaşlarımızın insan haqları sahəsində yüksək maariflənməsi səbəbindənmi, hökumət və yerli qurumların vətəndaşların hüquqlarını pozmasındanmı, Ombudsman institutunun fəallığındanmı və s. qaynaqlanması sualına cavab tapmaq asan olardı.
Son 10 ildə (2011-2021)quruma İH ilə bağlı müraciət və şikayət statistikasına nəzər saldıqda ümumi mənzərə belədir:
2011 12.680 müraciət
2012 12.470 müraciət
2013 13.670 müraciət
2014 13.150 müraciət
2015 15.320 müraciət; 2014-cü illdən 16,5% çox
2016 18.740 müraciət
2017 18.400 müraciət; 2016-cı ildən 1,8% az
2018 20.400 müraciət
2019 25.500 müraciət
2020 27.500 müraciət
2021 31.092 müraciət; 2020-ci il ilə müqayisədə 13% çox;
Məruzənin 3 fəsildən və Təkliflərdən ibarət mətnində 1-ci fəslində “İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi” əksini tapıb. Bölmənin “ Mülki və siyasi hüquqların müdafiəsi”adlı hissəsi-30 səhifə, “İqtisadi, sosial və mədəni hüquqların müdafiəsi”-30 səhifə, “Əhali qruplarının hüquqlarının müdafiəsi”ilə bağlı hissə-30 səhifədən ibarətdir. “İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi” fəslinin bölmələrinin eyni həcm-balanslı təqdimi, hüquqların təsnifatı baxımından oxucuda hər 3 istiqamətdə eyni dərəcədə şikayət/müraciət olması təəssüratını yaradır. Bu real mənzərədirmi-sualını versək, bu vəziyyət Vətən müharibəsi nəticəsində şəhidlər, yaralılar, onların ailələrinin şikayələri ilə bağlı sosial hüquqların hesabat ilində olduqca çox gündəm olması ilə təzad təşkil edir. Belə ki, “Əhali qruplarının hüquqlarının müdafiəsi”-bölümündə, “Şəhid ailələrinin və müharibə veteranlarının hüquqlarının müdafiəsi”-4, “Hərbi qulluqçuların hüquqlarının müdafiəsi”-5,“Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi”-3 səhifə təşkil edib.Halbuki Komitəyə, eləcə də parlament üzvlərinə edilən müraciətlərin mühüm bir hissəsi hərbçilərin əlilliyin təyinatı ilə bağlı şikayətlər üstünlük təşkil edir.
Sirr deyil ki, postmüharibə dövründə sosial məsələlərin nəinki sui-istifadə edilməsi, üstəlik də siyasiləşdirilməsi halları geniş müşahidə edilir. Bu aspektdə sosial hüquqlarıla bağlı şikayətlərin statistik mənzərəsi bu məsələni hüquqi deyil, siyasi müstəviyə çəkən bəlli qüvvələrə cavab olardı.
• Digər məsələ, XXI əsrdə Azərbaycanda ASAN xidmət standartlarını yaradan ölkəmizdə “şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamənin, xarici ölkə pasportunun alınmasında köməklik göstərilməsi ilə bağlı müraciətlərin” yer alması narahatlıq doğurur.Sitat: Yeni doğulmuş uşaqların vaxtında qeydiyyata alınmaması, onlara doğum haqqında şəhadətnamələrin verilməməsi”..(səh.
. Sadəcə bu məsələnin ölkəmiz üçün nə dərəcədə tipik, geniş yayılmış, yaxud da istisnalar şəklində olması naməlum qalır.Statistik məlumatların əksini tapması “reprezentativlik” səviyyəsini müəyyən edə bilərdi.
• Eyni məsələ COVİD-19-la bağlı cərimələrin statistikasının nə qədər olması ilə bağlı nəticənin təqdim edilməsinə də aid edilə bilər.
• “Beynəlxalq əməkdaşlıq” bölümündə “Müharibə və postmüharibə dövründə Ermənistan tərəfindən insan hüquqlarının, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozulması faktlarının müəyyən edilməsi ilə bağlı həyata keçirilmiş fəaliyyət” hissənin təqdim edilməsi son dərəcə təqdirəlayiqdir.Bununla yanaşı, sözü gedən məsələnin beynəlxalq əməkdaşlıq bölümünə deyil, Ermənistanın müharibə və insanlıq əleyhinə hərbi cinayətləri, fundamental insan haqlarını pozması ilə bağlı ölkə ictimaiyyətinin marağını təşkil edən sahə kimi ayrıca verilməsi faydalı olardı.
• Məruzənin son Təkliflər bölümündə “İH sahəsində Milli Fəaliyyət Proqramının hazırlanıb qəbul olunması; əqli mülkiyyət sahəsində ixtisaslaşmış məhkəmələrin yaradılması; Məhkəmə qərarlarının icrasının çevikliyinin və effektivliyinin artırılması məqsədi ilə icra qurumları ilə aidiyyəti dövlət orqanları arasında koordinasiyanın təşkili; sosial adaptasiya mərkəzlərinin sayının artırılması kimi yeni və alqışlanacaq məsələlər öz əksini tapıb və Komitə iclasında parlamentarilər onu təqdirlə qaşıladılar.
• Bununla yanaşı Məruzənin “Təklif və Tövsiyələr” hissəsində verilən tövsiyələr aidiyyətli qurumlar və sahələr sahələr üzrə təsnfləşdirilməsi məqbul olar.Məlum olduğu kimi, əvvəlki Məruzələrdə daimi verilən aidiyyətli strukturlarla iş və onlara verilən təkliflər bölmələri vardı.
• Təkliflərdə “Qadınların təhsil və bərabərlik hüququnun təmin edilməsi məqsədi ilə onların xüsusiləşdirilmiş ali hərbi təhsil müəssisələrində təhsil almaq üçün müraciət etmək imkanlarının təmin olunması” kimi fikirlərin yer almasını bir qədər ehtiyatla qarşılamğın tərəfindəyik.Çünki ölkəmizdə bu sahədə hansısa məhdudiyyətlərin olması mümkün deyil..;
• Yekun olaraq, ötən ildə bir çix millət vəkilinin vurğuladığı kimi Məruzənin tərtibat/təqdimat və xüsusi qrafiklərlə birgə verilməsi, infoqrafikalarla müşayiət edilən qısa icmal formanın təqdim edilməsi yaxşı olardı.İnfoqrafika: hansı sahədə, hansı regionlardan, hansı təbəqə insanlardan, hansı hüquqlarla bağlı daha çox şikayətlərin olması ilə bağlı mənzərəni göz önündə canlandıra bilər. Nəhayət, hesabatın belə təqdimatı günün tələbidir. Bu məsələlər Ombudsman qurumunun Analitik işinin xüsusilə gücləndirilməsini də gündəmə gətirir.
• Vətən müharibəsi şəhidlərinin ailələri, qəhrəmanları, hərbi qulluqçular, veteran, yaralıların sosial hüquqları sahəsində hüquqi boşluqların, çatışmazlıqların olmasını aşkara çıxardı. Hesabatda onlarla bağlı təkliflər ayrıca verilə bilərdi.
• Sosial şəbəkələrdə tirajlanan, dövlətimiz əleyhinə istifadə edilən, insan hüquqlarını xarici təzyiq alətinə çevirən və müxtəlif beynəlxalq təşkilatlara fürstə verilməməsi üçün məhbus ailələri(Tərtər, Gəncə işi adları ilə tirajlanan hadisələr)ilə bağlı müraciətlərə baxılması, prokurorluq orqanlarının məsələ ilə baölı işgəncə faktlarını tanıması və müvafiq istintaq tədbirlərinə yenidən başlanmasının da Məruzədə əksini tapması məqbul olar.
Hörmətli millət vəkilləri, ümidvarıq ki, regionumuzda və yaşadığımız qitədə davamlı sülhün təmin olunması şəraitində İnsan hüquqlarının təminatı sahəsində dövlət orqanlarının fəaliyyəti daha da genişlənəcək, ona görə də İnsan hüquqları üzrə Müvəkkilin Məruzəsini müsbət qiymətləndirməyi və ona səs verməyi sizdən xahiş edirik.

