Qız-oğlan dostluğu mümkündürmü? – VİDEO
ARB TV-nin “Günə Doğru” verlişində məsələ ilə bağlı maraqlı sujet yayımlanıb.
Vəfa Əkbər – Psixoloq: “Ünsiyyət varsa, kommunikasiya varsa əgər, mütləqdir ki, onların bir-biri ilə dialoqu da olmalıdır. Bu dialoq əgər çox yaxşı alınırsa, sağlamdırsa, heç bir başqa məna daşımırsa, o zaman onların dostluqları uzunmüddətli olur, çox sağlam olur”.
Cavid İmamoğlu – Sosioloq: “Bəlli bir yaşdan sonra artıq qızla oğlanın dostluğu həm qızlar tərəfindən, həm də oğlanlar tərəfindən real görsənmir. Münasibətlərin, o bağlılığın bir şəkildə möhkəmlənməsinə və gələcəkdə hansısa formada özünü sevgi yaxud da sevgiyə yaxın romantik formada təzahür etməyindən ehtiyat edərək insanlar bəzən qız və oğlan dostluğunu real hesab etmirlər”.
Əks cinslərin dostluğundakı problemlər isə hər gün bir az da qabardılır. Maraqlıdır, kişi və qadının dostluğu həqiqətən problemlidirmi?.
Vəfa Əkbər – Psixoloq: “Bu yalnız o insanlarla aiddir ki, təfəkkür baxımında n onlar sosial varlıq deyillər, sosialdırlarsa da özlərinin qəbahətləri var ona görə də insanları o silsilədən və o təfəlkkürün yiyəsi kimi görürlər”.
Hər sahədə olduğu kimi, dostluq anlayışında da savadın və təhsilin rolu əvəzsizdir. Berlə ki…
Cavid İmamoğlu – Sosioloq: “Dostluğu şərtləndirən amillərdən də biri güclü təhsil və güclü tərbiyədir. Doğrudan da insanlar adekvat təfəkkürə mailk olarsa, qarşı cincə qarşı romnantik hissləri yaranmarsa bu artıq təhsil və tərbiyənin nəticəsidir. Azərbaycanda da kifayət qədər oğlan və qızlar var ki, dost ola bilirlər və bu dostluğu da saxlayırlar. O aradakı qırmızı xətti, etik xətti keçmədən bir ömür də dost qla bilirlər”.
Dostluq-cinslə bağlı anlayış deyil. İstər qadın olsun, istərsə də kişi, yaxşı dost ömrümüz boyu ehtiyac duyduğumuz bir fiqurdur. Hissimizə güvənərək bizim üçün ən yaxşı dostu seçə bilərik amma əsas odur ki, ağlımızla hisslərimizə də nəzarət edə bilək.

