Gündəm 

700 milyon dollar dəyərində yeni birgə layihə

ARANTV.AZ xəbər verir ki, Rusiyanın “Qazprombank” Səhmdar Cəmiyyəti və Dövlət Neft Şirkəti 700 milyon dollar dəyərində yeni birgə layihənin həyata keçirilməsini planlaşdırır. Hökumət isə Rusiya “Qazprombank”ının ölkə iqtisadiyyatının kənd təsərrüfatı başda  olmaqla, digər sahələrinə də töhfə verməsini istəyir. “Azərbaycanda investisiya layihələrinin reallaşdırılması yolunda: “Qazprombank” Səhmdar Cəmiyyətinin imkanları” mövzusunda keçirilən biznes-seminarda bu barədə məlumat verilib. Qeyd edilib ki,  SOCAR Polimer zavodunun  inşası zamanı “Qazprombank” 500 milyon dolar kredit ayırıb, Azərkimya İstehsalat müəsisəsinin yenidən qurulması üçün isə daha 260 milyon dollar kredit ayrılması barədə razılıq ələd edilib. Lakin, Azərbaycan hökuməti digər sahələrdə də  əməkdaşlığın perspektivlərni yüksək dəyərləndirir. “Qazprombank” da Azərbaycanda layihələrin maliyyələşdirilməsi prinsipinə uyğun olaraq həyata keçiriləcək bütün layihələrdə iştirak etməyə hazırdır.

Daha çox xəbərlər