Cəmiyyət 

Hərbçi olmaq istəyən gənclərin sayı artır -VİDEO

Vətən müharibəsində Azərbaycanın zəfəri çoxlu sayda gəncin hərb sənətinə olan marağını artırıb. Hərbçi olmaq istəyən gənclər axın-axın Azərbaycan Ordusunun Təlim-Tədris Mərkəzinə gəlir və ordu sıralarında peşəkar hərbçi kimi çalışmaq yarışırlar.

Xezerxeber.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin müddətdən artıq hərbi qulluqçuların işə qəbulu ilə bağlı elanına gənclər arasında maraq böyükdür.

Peşəkar hərbçi olmaq istəyənlərin içərisində Vətən müharibəsinin iştirakçıları da az deyil.

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin rəis müavini Vidadi Cahangirov “Xəzər Xəbər“ə müsahibəsində bildirib ki, müraciət edənlərin hamısı artıq vaxtilə hərbi xidmət keçmiş və yaşı 30-a qədər olan şəxslərdir.

Tibb yoxlanışı da müvəffəqiyyətlə keçən namizədlər növbəti mərhlədə ixtisaslarına və müraciətlərinə uyğun olaraq təlim-tədris prosesinə cəlb olunacaqlar.

Vətəndaşlar martın 19-dək qəbul komissiyalarına müraciət edə bilərlər.

Daha çox xəbərlər