Şəhid Elməddin Hüseynzadənin adına bulaq açılıb- Bərdədə+FOTOLAR
Martın 24-də şəhid Elməddin Hüseynzadənin xatirəsinə yaradılmış abidə kompleksin açılışı olub. Bərdə şəhərinin girişində inşa olunan abidənin mərkəzində bulaq yerləşir. Qeyd edək ki,Bulaqdan sağda şəhid Elməddin Hüseynzadənin böyük ölçüdə mərmər lövhə üzərində şəkli, və tərcümeyi halı, solunda isə 44 günlük müharibə zamanında canından keçən bərdəli şəhidləri şəkilləri əks olunub. Abidə kompleksinin önündə fontan inşa olunub.
Abidənin açılış mərasimində Bərdə rayon İcra hakimiyyətinin şöbə müdiri Samir Səfərov, Bərdə cümə məscidinin axundu Hacı Ramazan Hüseynov, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev və digər idarə və müəssisələrin kollektivləri iştirak ediblər.
Bərdədə ilə yanaşı başqa bölgələrdən gələn şəhid ailələri və qazilər də şəhid Elməddin Hüseynzadənin anım tədbirinə qoşulublar.
Abidə kompleksin açılışında axund Hacı Ramazan şəhidlərin ruhuna müqəddəs Qurandan ayələr səsləndirib.
Çıxış edənlər şəhidlərin ruhuna ehtiramlarını bildirmiş, şəhid Elməddin Hüseynzadə haqqında fikirlərini söyləmişdilər.
Şəhid Elməddin Hüseynzadənin anası Arzu xanım şəhid ailələrinə, qazilər, iştirak edən qonaqlara təşəkkürünü bildirmişdir.
Bulaq açılışının ardınca şəhidlər xiyabanı ziyarət olunmuş, şəhid Elməddin Hüseynzadənin və digər şəhid məzarları üzərinə gül dəstələri qoyulmuşdur.Şəhidlər xiyabanında vətən uğrunda canından keçən şəhidlərin ruhuna dualar oxunmuş, Bərdə şəhər 1 saylı məktəbin şagirdlərin ifasında şerlər söylənmişdir.
Sonda şəhidin doğum günü mərasim məclisi ilə davam etdirilmişdir.







