Region Xəbərləri 

Yevlax rayonu Tanrıqulular kənd yolunun tikintisinə başlanılıb

Ölkəmizdə həyata keçirilən müxtəlif infrastruktur layihələri sırasında avtomobil yollarının yenidən qurulması prioritet məsələlərdən biridir. Çünki yol infrastrukturunun yenidən qurulması həm insanların rahatlığına, həm də iqtisadiyyatın, kənd təsərrüfatının inkişafına xidmət edir.

ARANTV.AZ xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi, Yevlax rayonunda da yol infrastrukturunun yenidən qurulması istiqamətində işlər görülür. Yevlax rayonunda növbəti yol tikintisi Tanrıqulular kəndində aparılır. Bu yol uzun illərdir təmirsiz olduğundan sakinlər üçün çətinliklər yaradırdı. Nəhayət çətin günlər geridə qalır. Belə ki, Tanrıqulular kənd yolu əsaslı təmir edilir. Mingəçevir-Aran-Bəhrəmtəpə avtomobil yolunun 9-cu kilometrliyindən ayrılan Tanrıqulular kənd avtomobil yolunun uzunluğu 5,9 kilometrdir. Bu yol kəndin girişini, əhalinin ən çox istifadə etdiyi mərkəzi hissəsini, inzibati idarələr və orta məktəb yerləşən küçələri, həmçinin yeni salınmış yaşayış məhəllələrini əhatə edir.

Daha çox xəbərlər