Türkiyədə mühacirləri daşıyan avtobus qəzaya düşdü: Çox sayda ölü və yaralı var – FOTO
Türkiyənin Bitlis vilayətində mühacirləri daşıyan avtobus qəzaya düşüb.
İdarəetmənin itirilməsi səbəbi yoldan çıxan avtobusda olan qanunsuz mühacirlərin 4-ü həlak olub, aralarında sürücünün də olduğu 25 nəfər isə yaralanıb.
Hadisə yerinə polis, xilasedicilər və tibb işçiləri cəlb olunub.
Yaralılar xəstəxanalara yerləşdiriliblər.
Mənbə: Anadolu

