Prezident İlham Əliyevin növbəti diplomatik-siyasi qələbəsi
Vətən müharibəsində Azərbaycan Ermənistan üzərində hərbi qələbə qazandı. Bu qələbə Azərbaycanın siyasi müstəvidə də qələbəsinin təminatçısına çevrildi. Moskva və Soçidə keçirilən görüşlərdə Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edildi. Bütün bunlar Brüsseldə də Azərbaycanın siyasi üstünlüyə səbəb oldu. Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin iştirakı ilə ilk üçtərəfli görüş 2021-ci i ilin dekabr 14- də kecirilmişdi. Bu görüşün nəticəsində Brüssel sülh gündəliyinin əsası qoyuldu. Bu görüşdə əsas məsələlərdən biri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi olmuşdu. Həmçinin Azərbaycan –Ermənistan dövlət sərhəddinin delimitasiyası , kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələləri də müzakirə edilmişdi.
2022- ci il aprelin 6-da Brüsseldə növbəti üçtərəfli görüş keçirildi.
Danışıqların nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üzrə danışıqların başlanması qərara alınıb. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü beş maddədən ibarət təklif və bu əsasda danışıqların aparılmasıdır. Sənəddə əsas məsələ isə Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasıdır. Hər iki tərəf sərhədlərin delimitassiyasına başlamaq barədə razılıq əldə ediblər. Eyni zamanda işğaldan azad edimiş ərazilərin minalardan təmizlənməsi, itgin düşmüş şəxslərin tapılması ,quruculuq işlərinin həyata keçirilməsi və bu məsələlərdə Avropa İttifaqının Azərbaycana dəstək verməsi də sənəddə nəzərdə tutulur. Sənəddə “Dağlıq Qarabağ” ifadəsinin olmaması Avropa İttifaqının Vətən müharibəsindən sonrakı yeni geosiyasi reallığını qəbul etdiyini sübut edir.
Brüssel səfərində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha bir siyasi diplomatik qələbəyə imza atdı. Bütün bunlar Azərbaycanın həm dünyada həm də regionda mövqeyini daha da gücləndirir. Bu gün Ermənistanda baş verən siyasi proseslər insanların Ermənistan hökümətinə inamının sarsıldığını sübut edir. Azərbaycan cəmiyyəti isə Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə cənubi Qafqaz regionunun ən güclü dövlətinə çevrilən vətənimizi daim dəstəkləyir. 44 günlük müharibə dövründə olduğu kimi xalq –ordu,dövlət birliyi indi də davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə diplomatik müstəvidə də Azərbaycanın qələbəsi danılmazdır.
Tərtər şəhər Ş.Şikarov adına Tərtər şəhər 5 saylı tam orta
məktəbin tarix müəllimi,YAP fəalı – Nigar Vəliyeva

