Azərbaycanda yararsız heyvan əti satanlara qarşı tədbirlər gücləndirilməlidir.
ARANTV.AZ xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentdə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, son illər bu istiqamətdə ciddi tədbirlər görülür. “1000-dən çox sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb, 10-dan çox insan cinayət məsuliyyətinə cəlb edilib.”
T.Rzayev əlavə edib ki, öz ciblərini qida təhlükəsizliyi və insanların sağlamlığından üstün tutanlara qarşı ciddi tədbirlər görülməlidir.
