Azərbaycanda kişilər qadının soyadını götürürmü?
Xəbər verdiyimiz kimi, ingiltərəli keçmiş futbolçu Devid Bekhemlə modelyer Viktoriya Bekhemin oğlu Bruklin evləndiyi xanımın soyadını götürməsi dünya və Azərbaycan mediasında gündəm olub. Onu sosial şəbəkələrdə tənqid edənlər olsa da, dəstək olanlar da az deyil. Bəs Azərbaycanda xanımın soyadını götürən kişilər varmı?
Məsələ ilə bağlı Sonxeber.az-a Ədliyyə Nazirliyindən verilən xəbərə görə, qanunvericilikdə bununla bağlı qadağa yoxdur:
“Ölkəmizdə həyat yoldaşının soyadına keçən kişilər var. Vətəndaşın istəkləri qəbul olunur. Necə ki, qadın kişinin, eləcə də kişi qadının soyadını götürə bilər. Statistik olaraq rəqəmi deyə bilmərik, lakin elə kişilərin sayı çox azdır. Məsələn, 500 nikahdan biri ola bilər”.

