Qaynının evinə gəlib atəş açdı – Azərbaycanda SİLAHLI İNSİDENT
Tərtər rayonunda silahlı incident qeydə alınıb.
ARANTV.AZ xəbər verir ki, martın 18-də Kəlbəcər rayon sakini V.Əsədov bacısının həyat yoldaşı H.İsmayılovun Tərtər rayonunun Səhləbad kəndindəki evinin qarşısına gələrək münaqişə zəminində ov tüfəngindən havaya atəş açıb.
V.Əsədov Tərtər RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ondan “Frankli” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.
publika.az

