Gündəm 

Revanşist çağırışlar sabiqlərlə iqtidardakıları qarşı-qarşıya qoyub

Fasiləsiz mitinqlər Ermənistanda gərginliyi daha da artırır

Tarix boyu başqalarının diktəsi ilə idarə olunan, başqa dövlətlərinin maraqları üçün vasitə kimi istifadə edilən Ermənistanın hakimiyyəti yenə də öz ampluasındadır. Tarixləri, ortaya çıxarılası ədəbiyyatları, milli- mənəvi dəyərləri olmayan, qonşularından qopardıqları torpaqlar hesabına özlərinə saxta dövlət quran ermənilər bölgədə sabitliyin yaranmasına mane olan işğalçılıq siyasətlərindən əl çəkmirlər. Çünki ağaları bölgədə sabitlik yaradacaq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına «dobro» vermirlər.

Bu ilin aprel ayının əvvəlində Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldə keçirilən üçtərəfli görüşdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün yaranan əlverişli mühitdən narahat olan ermənilər və ağaları baş nazir Nikol Paşinyanın aprelin 19-da Rusiyaya gözlənilən səfərindən təşvişə düşüblər. İşğalçı dövlətin revanşistlərini narahat edən başqa məsələ isə Prezident İlham Əliyevin «Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə – 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir. Bildiyiniz kimi, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir» sözləri, sərhədlə, sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupların yaradılmasıdır. Başqa sözlə deyilsə təkliflərin 5:0 hesabı ilə Azərbaycanın xeyrinə nəticələnməsi kapitulyant Ermənistanın növbəti məğlubiyyəti kimi qəbul edilir. Beynəlxalq səviyyədə dəstəklənən bu prosesə çox böyük ümidlərlə baxdığını bildirən Prezident İlham Əliyev təkliflərin tezliklə həllini təkcə bölgə dövlətləri üçün deyil, bütünlükdə dünya siyasətinə təsir edəcək əhəmiyyətli məsələ kimi vacib hesab edir.

Lakin Ermənistanda formalaşan, xarici qüvvələrin planları əsasında təxribatlar törədən, regiondakı sabitliyin pozulması üçün əllərindən gələni edən, işğalçı ölkənin sabiq prezidentləri Serjik Sarkisyanın, Robert Koçaryanın başçılıq etdikləri revanşistlər «katalizator» kimi sülhün qarşısında «qırmızı xətt» olaraq dayanıblar. Hakimiyyətdə olduğu müddətdə Ermənistanı korrupsioner dövlətə çevirən, ölkənin az-çox gəlirli sahələrini inhisara alan Serjiki ermənilər də oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari, uşaq qatili kimi tanıyır. «Tuşonka” satan» fərsiz generalları ilə «qüdrətli ordu» yaratdığını zənn edən, mərhələlərlə müdafiə naziri, baş nazir, prezident olduğu müddətdə də yalnız talançılıqla məşğul olan bu məxluq indi də Ermənistanda revanşist çağırışları ilə bölgədə sülhün yaranmasını istəməyən ağalarına yalmanır. Naftalin qoxusu verən təkcə bu ünsürə deyil, Ermənistanda onun kimi revanşistlərə «Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz» sözləri ilə xəbərdarlıq edən Prezident İlham Əliyevdən qorxan serjiklər Ermənistanda ixtişaşlar yaratmaqla sülhün imzalanmasına mane olmağa çalışırlar.

«Əgər siz Ermənistan hakimiyyətinin təklif etdiyi yolla getməsəniz, o zaman Qarabağ hissə-hissə təhvil veriləcək» söyləyən Ermənistanın baş naziri Nikol Paşinyanın istefası üçün əlindən gələni edən Serjik və Rusiyanın kadrı hesab edilən Robert Koçaryan Qarabağ ətrafındakı vəziyyətin gərginləşməsi üçün əhali arasında antisülh təxribatlarını davam etdirirlər.

İllərdən bəri sülh naminə yaranan fürsətlərə müxtəlif bəhanələrlə mane olan Ermənistan müxalifətinin parlamenti gülləbaran etməsi, Azərbaycan- Ermənistan sərhədində təxribatlar törədilməsi, keçirilən görüşlərdə, aparılan danışıqlarda işğalçı ölkənin başçılarının qəfil başlayan «qarın ağrıları»nın başlanması, « qaynana xəstələnməsi» kimi bəhanələrin əsasında regional sülhlə bağlı razılığın əldə edilməsi prosesini əngəl törətmək olmuşdur.

Brüssel görüşündən sonra sülhün xəfif addımlarından qorxan revanşistlər ənənəvi vərdişlərini davam etdirərək İrəvanın Azadlıq meydanında kütləvi aksiyalara, mitinqlərə başlayıblar. «Əgər biz fərqli yol tutsaq, Qarabağı təslim edəcəyik. Fərrux hadisələri sizə örnəkdir. Hissə-hissə təhvil verəcəyik. Bir-birinizi aldatmağa son qoyun» söyləyən Nikolun istefası tələbi ilə keçirilən mitinqlərdə «Azərbaycan Ermənistanın de-fakto türkyönlü hökuməti ilə razılaşaraq Qarabağa girişi bağlayıb», «Qarabağ gözümüzün qabağında təhvil verilir. Əgər bu kapitulyant səlahiyyətlilər uzaqlaşdırılmasalar, Qarabağ və Zəngəzurun təhvil verilməsi çox yaxın gələcəyin məsələsidir» kimi qızışdırıcı sözlərlə insanları aksiyalara dəvət edən erməni türkşünas Varujan Geğamyan kimilər milli hərəkatçıları tələsməyə çağırır, «Qarabağı və dövlətçiliyimizi təhvil verənlər ləyaqətindən asılı olmayaraq həmişəlik kolaborasionist damğasını daşıyacaqlar» sözləri ilə gərginlik yaratmağa çalışır.
«Facebook»” səhifəsində «Gərginliklər olacaq, bir neçə xətt üzrə hücum cəhdlərimiz olacaq, hətta dinc əhali də daxil olmaqla canlı itkilər olacaq» sözlərini səsləndirən” erməni ictimai xadim Alen Gevondyan daha irəli gedərək sülhməramlılara da atəş açılacağını istisna etmir. Hətta yaranan vəziyyəti «Qarabağın yeni «statusu»nun başlanğıcı» adlandıraraq mitinq iştirakçılarını aldadır, Ermənistanda tez bir zamanda hakimiyyət dəyişikliyi olacağı anonsunu verir. «Və əvvəlcə amortizasiya komandası, sonra isə çox «yeni” komanda» hakimiyyətə gələ bilər. Amma sabah olması üçün bu gün «Facebook»”da yox, konkret, obyektiv mübarizə aparmalıyıq”» kimi sərsəm fikirlərini həqiqət kimi qələmə verməyə çalışsa da, söylədiklərinə özü belə inanmayan Alen Cevondyan ictimai xadim deyil, əsl revanşist düşüncəli xaindir.

İrəvanın Azadlıq meydanında fasiləsiz aksiyalara başlayan müxalifət artıq çadırlara doluşaraq məskunlaşaraq artıq oturaq aksiyaları davam etdirirlər. «Artsax»”ı dəstəkləmək üçün xalqı mitinq üçün toplayan müxalifətçi, «Şərəfim var»” parlament fraksiyasının rəhbəri Artur Vanetsyan iştirakçıların bir hissəsini meydanda qalmağa, qalanlarını dincəlmək üçün evlərinə gedib sabah səhər qayıtmağa çağırıb. Yəni, mitinqlər davamlı və həm də növbəlidir. Ermənistan Müdafiə Nazirliyinin keçmiş rəhbəri Seyran Ohanyanın da razılaşdırılmamış mitinqə qoşulması, «Onların heç biri (Ermənistan hakimiyyəti) birinci azadlıq müharibəsində iştirak etməyib və bu gün heç kim onlara Arsaxın taleyini təkbaşına həll etmək mandatı verməyib”» söyləməsi hazırda hakimiyyətdə təmsil olunanlarla sabiqlər arasında yaranan gərginliyin təsdiqidir. Mitinq iştirakçıları arasında belə bir təbliğat aparılıb ki, Nikol Paşinyan Moskvada olarkən Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı sülh müqaviləsinin imzalanmasına razılıq verə bilər.

Göründüyü kimi, yenə də erməni xisləti özünü büruzə verir. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar tarixlərində imzalanmış üçtərəfli Bəyanatda bölgədə sülhün təminatı üçün irəli sürülən şərtlərin aprelin 6-da Aİ Şurasnını Prezidenti Şarl Mişel, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında keçirilən Brüssel görüşündə də dəstəklənməsi, nəqliyyat –kommunikasiya xətlərinin açılması ilə bağlı razılığın əldə olunması sülhün taleyini həll etdi. Belə ki, Nikolun Moskva səfəri Brüssel görüşünə nəinki təsir imkanlarına malikdir, əksinə mənfi mənada yamaqdır. Buna görə də inşallah sülhün əldə olunmasını sürətləndirəcək sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı məsələlərin həlli ilə İrəvan revanşistlərinin səsləri də kəsilər.

Daha çox xəbərlər