Hadisə 

57 yaşlı kişidən ŞOK HƏRƏKƏT

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Alar kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1962-ci il təvəllüdlü Ələddin Azadxan oğlu Əliyev yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

Meyit müayinə olunaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər