Cəmiyyət 

“Uşağın müdafiəsindəyəm!!! Hansısa “nasoslu”nun YOX!!!” – Kəmalə Ağazadə OD PÜSKÜRDÜ – VİDEO

“Yetər artıq!!! Mənim heç kimlə ədavətim yoxdur. QHT sektorunu bu günə qoyanlaradır sözüm!!! Ölkədə uşaqların müdafiəsi istiqamətində görülən hər bir addımı dəstəkləmişəm. Uşaq Sığınacağı yaratdığım gündən ən əsas uşaqların təlim tərbiyəsinə, təhsilinə önəm vermişəm. Tədbirlər keçiriləndə də gələn hər kəsə uşaqlar üçün edəcəkləri çıxışları, ifaları birbəbir soruşmuşam”.

ARANTV.AZ-ın məlumatına görə, bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O, uşaqların əxlaqına təsir edəcək çıxışların olmasına heç vaxt imkan vermədiyini vurğulayıb.

“Müğənnilərin, meyxnaçıların öz auditoriyası var, lap yaxşı! Amma bu uşaqdır ey, uşaq!!! Xeyriyyə üçün gəlirsə, nə gəldi oxumalıdır?! Haradadır bu müəssisənin “baş biləni”?! Niyə buna imkan verirsiniz?! Bu uşaqlar onsuz da reabilitasiya olunmaq üçün yerləşdirilir. Budur REABİLİTASİYA?! Ayıb deyil?! Əgər bu işi görə bilmirsinizsə etməyin!!! Kimdir sizə bunu zorla etdirən? Yetər!!! Yenə də deyirəm, mənim kimləsə ədavətim, qərəzim yoxdur!!! Amma söhbət uşaqdan gedirsə, mən uşağın müdafiəsindəyəm!!! Hansısa “nasoslu”nun YOX!!!

Sevgi Uşaq Evi deyilən yerdə baş verir bu biabırçılıq”.

Daha çox xəbərlər