Cəmiyyət 

Bağayarpağının babasilə və bir çox xəstəliklərə faydası olduğunu bilirdinizmi?

Bağayarpağı bitkisinin faydaları barədə bütün tibbi kitablarda əlyazmalara rast gəlinir. Onun yarpaqlarından alınan şirə yaraları sağaltmaq qabiliyyətinə malikdir.

Bu səbəbdən də ondan həm xalq təbabətində, həm də müasir tibb sənayesində istifadə edilir.

1. Bağayarpağı şirəsi yaraları sağaltdığına görə ondan dəridə əmələ gələn kəsiklərin müalicəsində və ağcaqanad, ilan sancan yara yerlərinin sağalmasında istifadə edilir.

2. Bağayarpağı şirəsi dəridəki infeksiya və zəhərlənmə əlamtlərini aradan qaldırır.

3. Toxumlarının dəmləməsi orqanizmdə olan iltihabi proseslərin sağalmasınaa yardım edir.

4. Tərkibində olan vitaminlər,dəmir və minerallar orqanizmin tələbatını ödəyir. Buna görə də hər gün bir-neçə yarpaq bağayarpağı yeməyə çalışın.

5. Bağayarpağı şirəsi içən zaman orqanizmdə xüsusi birləşmələr əmələ gəlir. Bu birləşmələr isə ağcaqanad, arı və ilan dişləməsi zamanı qoruyucu rol oynayır.

Bağayarpağı şirəsi içmək aşağıadkılara səbəb olur:

* qanda xolesterinin miqdarını azaldır

* qanda şəkərin iqdarının normallaşçasına yardım edir

* babasilin sağalmasına yardım edir

* “yoğun bağırsağın qıcıqlanması” sindromunu aradan qaldırır

* ishal və qəbizlik zamanı yardımçı olur

* mədə və onikibarmaq bağırsağındakı yaraların sağalmasını sürətləndirir

* sidik kisəsi infeksiyası əlamətlərini aradan qaldırır

Bağayarpağı bitkisinin şirəsini uşaqlara da vermək olar.

Daha çox xəbərlər