Azər Mursaqulov yeni şöbə müdiri təyin etdi
Dövlət Statistika Komitəsində (DSK) yeni kadr təyinatı olub.
Bu barədə komitə sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Hüseynov Emin Rafael oğlu DSK-nin Maliyyə – inzibati şöbəsinin müdiri vəzifəsinə gətirilib.
Qeyd edək ki, adıçəkilən şöbənin əvvəlki müdiri Kuzina Tatyana Vladimirovna bir neçə gün əvvəl vəzifəsindən azad olunub. O, Maliyyə – inzibati şöbənin müdir müavini təyin edilib./yenisabah/

