Cəmiyyət 

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən üç il ötür

ARANTV.AZ xəbər verir ki, 3 il əvvəl. Yaxın hərb tariximizdə yeni bir səhifə açıldı. Yeni təxribatlar yaratmağa çalışan düşmənə ağır zərbə vuruldu. Düşmən tapdağında olan strateji mövqelərimiz geri qaytarıldı. Düşəmənin nəzarətdə saxladığı torpaqlarımıza yaradılan təhlükə aradan qaldırıldı. 2016-cı il aprel döyüşlərinə yenidən nəzər salaq.

2016-cı il. Aprel ayı. Düşmən yenidən cəbhə xəttində təxribatlara başladı.

Torpaqlarımızın sülh yolu ilə qaytarılması istiqamətində Azərbaycanın uğurlu siyasəti qarşısında aciz qalan Ermənistan hakimiyyəti növbəti dəfə belə təxribatlarla danışıqlar prosesinə təsir etməyə çalışırdı. Ancaq Azərbaycan Ordusu ermənilərin təxribatlarına layiqli cavab verdi, qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni hərbi birləşmələrinin müdafiə xətti yarıldı. Müasir və qüdrətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurmaqla strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsini, o cümlədən Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının ərazilərində işğal altında olan hektarlarla torpağımızı tam azad etdi. Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” yüksəkliyi də Milli Ordumuzun nəzarəti altına keçdi….

Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində mülki əhaliyə dəyən ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin Sərəncamına əsasən, qısa müddətdə görülən işlər bu ərazilərdəki mənzərəni tamamilə dəyişdi. Beləliklə, soydaşlarımızın tarixi dədə-baba torpaqlarına Böyük qayıdışının təməli qoyuldu.

Dövlət Cocuq Mərcanlı sakinlərinin kənd təsərrüfatı ilə məşğul ola bilmələri üçün bütün ailələrə dəstək göstərdi. Təmənnasız olaraq iri və xırdabuynuzlu heyvanlar paylanıldı, arıçılıqla məşğul olmaq istəyənlər üçün  hər cür şərait yaradıldı.

Bu mənzərə işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağından xəbər verir. Bir zamanlar bütün bunlar sadəcə arzularımızda, xəyallarımızda yaşayırdısa, artıq biz Cocuq Mərcanlıda həmyerlilərimizin qonağıyıq. Tam təhlükəsiz şəraitdə söhbət edib, çay içə bilirik. Təbii ki, bütün bunlar da dövlətimizin gücünün, Ordumuzun qüdrətinin, peşəkarlığının, əsgər və zabitlərimizin vətənpərvərliyinin, Vətən uğrunda hər an, hər cür fədakarlığa hazır olduduğumuzun göstəcisidir. Aprel döyüşləri sübut etdi ki, Azərbaycan Ordusu bölgənin ən güclü Ordusudur və bu Ordu işğal altında olan torpaqlarımızı düşməndən azad etmək qüdrətinə malikdir.

Aprel hadisələrindən sonra Ali Baş Komandan İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə birgə özünün, ailəsinin təhlükəsizliyini riskə ataraq, cəbhə bölgəsinə səfəri, Ermənistan ordusunun vəhşilikləri nəticəsində yaranmış vəziyyətlə tanış olması, sakinlərlə görüşü, nəinki təmas xəttində düşmənlə üz-üzə dəyanətlə dayanan insanlarda, əsgər və zabitlərdə, eləcə də bütün ölkə əhalisində böyük ruh yüksəkliyi yaratdı. Dövlətimizin Aprel döyüşlərində igidlik göstərərək şəhid olanların ailələrinə, yaralıların yaxınlarına xüsusi diqqət və qayğısı, 2016-cı il aprelin 2-dən 6-dək cəbhədəki əməliyyatlarda fərqlənən hərbçilərin təltif edilməsi, şəhidlərin adlarının əbədiləşdirməsi istiqamətində atılan əsaslı addımlar böyük razılıqla qarşılandı. Və ən əsas məsələ – bir zamanlar işğal altında olan torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Artıq hər kəs yaxşı bilir ki, Cocuq Mərcanlıda salınan yollar Şuşaya, Laçına istiqamət alıb. Bu, Qarabağa, Xankəndinə qədər aparacaq Qələbə yollarının ilki, başlanğıcıdır.

Daha çox xəbərlər