Gündəm 

Qalib Ordu

Azərbaycan Silahlı Qüvvələri – bu şanlı birləşmə 1918-ci ildə Xalq Cümhuriyyəti dövründə yaranmış kiçik amma mərd bir ordunu ifadə edirdi. Çox təssüf ömrü çox olmadı lakin, yenidən müstəqillik əldə edib bu birləşməni bərpa etməyi bacardıq. Ulu Öndər Heydər Əliyevin 1998-ci ilin May ayının 22-si verdiyi fərmanla 26 iyun Azərbaycan Silahlı Qüvvələr günü kimi elan edildi. Azərbaycan Silahlı Qüvvələri bu gün dünyanın ən güclü orduları sırasındadır. Qarabağ torpaqlarını 44 günə düşmən işğalından azad etməyi birdaha Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü ordularından biri olduğunu sübut etdi. Şuşanın azad olunmağında göstərilən igidlik, qəhrəmanlıq bizim tariximizdən heç vaxt silinməyəcək.

Düşmənin keçilməz adlandırdığı səngərləri, postları ordumuz darmadağın etdi. Azərbaycan ordusunun peşəkarlığı, hazırlığı, taktikası güclü dövlətlərin hərb dərsliyinə salındı. Bizə bu qələbəni bəxş edən Silahlı Qüvvələrimiz hər daim Azərbaycanın ərazi bütövlüyünü və təhlükəsizliyini qoruyur. Hər bir Azərbaycan vətəndaşı bu güclü ordu ilə fəxr edir və ordumuza inanır. Hər bir ordunun güclü bir rəhbərə ehtiyacı olduğu kimi bizim də güclü bir rəhbərə ehtiyacımız var idi və nəhayət Heydər Əliyevin hakimiyyəti və sonra İlham Əliyevin hakimiyyəti bizi Qarabağımıza apardı.

Biz Ali baş komandanımızın hər bir əmrini həyata keçirməyə həmişə hazırıq. Onun daxili və xarici siyasəti dövlətçilik ənənəsi Azərbaycanı günü gündən gücləndirir. Türkiyə Cümhuriyyəti ilə olan qardaşlığımızı artıq müttəfiqliyə çevrildi tarixi Şuşa bəyannaməsi buna sübutdur. Bunların hər birinin arxasında güclü rəhbər durur. Azərbaycan xalqı cənab Prezident Ali Baş Komandana inanır və dəstəkləyir. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Silahlı Qüvvələri!

Gülşən Rüstəmova, 
Füzuli rayon 59 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini

Daha çox xəbərlər