Dünya 

Avtobus avtomobilə çırpılıb aşdı: ölən və xəsarət alanlar var – İranda

İranın Kirman vilayətində Zahidan-Yəzd magistralında hərəkət edən avtobus “Samand” markalı avtomobillə toqquşduqdan sonra aşıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu İranın Kirman vilayəti fövqəladə hallar və tibbi yardımlar mərkəzinin direktoru Məhəmməd Sabiri deyib.

M.Sabirinin sözlərinə görə, hadisə nəticəsində 1 nəfər həlak olub, 23 nəfər yaralanıb.

Sabiri əlavə edib ki, yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər