Türkiyədə güclü zəlzələ oldu: Əhali təşvişdə
Türkiyənin Elazığ şəhərində 5,2 bal gücündə zəlzələ baş verib.
ARANTV.AZ modern.az-a istinadən xəbər verir ki, zəlzələnin episentri yer səthinin 2,8 kilometr dərinliyində qeydə alınıb.
Yeraltı təkan Malatyada da hiss edilib. Əhali təşvişlə küçələrə qaçıb.
İlkin məlumatlara görə, dağıntı və tələfat yoxdur.

