Saxlanılan şəxs polis şöbəsində öldü
Goranboy Rayon Polis Şöbəsində ölüm hadisəsi baş verib.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gecə şöbədə saxlanılan 50-55 yaşlarında olan kişi orada ölüb.
İlkin məlumata görə ölən şəxs yol polisi əməkdaşları tərəfindən qayda pozduğuna görə saxlanılıbmış. Kişinin ölüm səbəbi, hələ ki, məlum deyil.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

