Gündəm 

Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır

Xam neft və qaz ixracı ilə yanaşı, Azərbaycan son illərdə elektrik enerjisinin ixracatçısına çevrilir. Eyni zamanda, əhalimizin artması və iqtisadi inkişaf ilə əlaqədar daxili enerji istehlakı da artmaqdadır. İşğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” resursları, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi istiqamətində hazırlanan konsepsiya və baş plan, o cümlədən bu ərazilərdə reallaşacaq enerji layihələri, su, külək və günəş enerjisi üzrə tikilməsi və ya bərpası nəzərdə tutulan stansiyalar, eləcə də ümumilikdə müvafiq sahəyə xarici sərmayələrin cəlb edilib.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenlə mətbuata birgə açıqlamasında bəyan edib. Prezident İlham Əliyev bildirib ki, artıq külək və günəş enerjisinə dair investisiya layihələrinə başlanılıb: “Biz artıq öz potensialımıza dair ilkin qiymətləndirmə aparmışıq və mən deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş ərazilərində günəş və külək enerjisi stansiyalarının potensialı 9200 meqavatdır. Beləliklə, bizim həqiqətən də nəhəng resurs bazamız var”.

Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılmasını potensial imkanlarla bərabər, digər amillər də şərtləndirir. Belə ki, bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldiyindən, adları çəkilən iqtisadi rayonların bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qlobal iqlim dəyişikliklərinin miqyasının azaldılması, təmiz ətraf mühitin təmin olunması və Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi kimi məsələlər yaxın onilliyin əsas strateji istiqamətidir.Qarabağ və Şərqi Zəngəzurda artıq bir neçə su-elektrik stansiyası inşa edilərək, işə salınıb. Günəş, eləcə də külək stansiyalarının yaradılması ilə bağlı konkret planların da ardıcıllıqla həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Aparılan təhlilə əsasən, işğaldan azad edilmiş ərazilərdə, bütövlükdə, 10 min meqavata yaxın bərpaolunan külək və günəş-elektrik enerjisinin istehsalı mümkündür. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çaylarının və digər kiçik çayların da böyük hidroenerji potensialı var. Həmçinin ilkin təhlillərə əsasən, Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir. Günəş enerjisinin istehsalına və onun ölkənin digər hissələrində dövlət və ya özəl alıcılara satışına imkan yaradır.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Daha çox xəbərlər