Cəmiyyət 

14 yaşlı Elinanın intiharı Türkiyə mətbuatında – VİDEO

Xəbər verdiyimiz kimi, aprelin 4-də Səbail rayon 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü 3-cü mərtəbədən ataraq intihar edib. Elina Hacıyeva yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə orada vəfat edib. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.

Qeyd edək ki, Elina Hacıyevanın intihar etməsi ilə bağlı məsələ Prezident İlham Əliyevin və xüsusilə də Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətindədir. Bu məsələ ilə bağlı bütün dövlət qurumlarına xüsusi tapşırıqlar verilib ki, məsələ ciddi şəkildə araşdırılsın.

ARANTV.AZ  xəbər verir ki, Elina Hacıyevanın intiharı Türkiyə mətbuatında da ışıqlandırılıb.

Belə ki, Elina Hacıyevanın intihar videosu ilə bağlı xəbəri verərək məktəblinin səhlənkarlıq ucbatından öldüyü bildirilib. Bundan əlavə xəbərdə hadisənin ciddi şəkildə araşdırılması üçün Azərbaycan prezidentinin göstəriş verdiyini də vurğulayıblar. big.az

Daha çox xəbərlər