Naxçıvandan başlanan qurtuluş yolu
Sözünün qüdrəti ilə hər kəsi inandıra bilən,əməlləri ilə sözünü gerçəyə çevirməyi bacaran dövlət xadimləri içərisində ən uca yer ulu öndər Heydər Əliyevə məxsusdur.
Dünya tarixində ikinci dəfə hakimiyyətə qayıdışı olan dövlət xadimləri çox olmuşdur. Buna misal olaraq İngiltərədə U.Çörçilli,Fransada Şarl De Qolu nümunə göstərə bilərik.Ancaq onların ikinci gəlişi gözlənilən nəticəni verməmiş və istehfaları ilə nəticələnmişdir.Heydər Əliyev isə bunlarla müqayisədə tam fərqli dövlət xadimidir. Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi birinci(1969-1982) və ikinci dövr(1993-2003) Azərbaycan xalqının yaddaşında ƏBƏDİ MƏŞƏL-dir.
Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi birinci dövrlə ikinci dövr arasındakı illər,sözün əsl mənasında,tariximizin hərc-mərclik dövrü,ağır tənəzzül illəri idi. Xüsusilə, Azərbaycan tarixinin 1990-1993-cü illəri xalqın yaddaşında ən ağır fəlakət illəri kimi qalmışdır.Həmin dövrdə Moskvaya satılmış xəyanətkar rəhbərlər və onları əvəz edən,heç bir idarəçilik bacarığı olmayanlar məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdular. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi.Bu zaman Vətənin ümid çırağı,əliyalın xalqın yeganə qələbə silahı Heydər Əliyev zəkası idi. Məhz belə bir dövrdə -1990-cı il yanvarın 21-də (20 Yanvar qırğınının ertəsi gün!) həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib döğma xalqına başsağlığı verən,Bakıda kütləvi qırğın törədənlərin cəzalandıılmasını tələb edən Heydər Əliyev,əslində,doğma xalqının QURTULUŞ mübaizəsinin önünə keçdi.
Dahi şəxsiyyət xalqının ağır günündə Kremlin təqiblərindən yaxa qurtarıb 1990-cı il iyulun 20-də Vətənə döndü.Lakin Vətəndə–onun paytaxtı Bakıda tariximizin ən rüsvayçı faktlarından biri baş verdi: Moskvapərəst rəhbərlik xalqın xilaskar oğluna vaxtilə onun qurub-yaratdığı paytaxtda qalmaq,ağır fəlakət anında doğma xalqı ilə birlikdə olmaq,ona yol göstərmək imkanı vermədi.Boyük dövlət xadimi Bakıya gəlişindən iki gün sonra—1990-cı il iyulun 22-də döğma Naxçıvana pənah aparmalı oldu. Beləliklə,Heydər Əliyevin siyasi fəaliyyətində ən önəmli bir dövr—Naxçıvan dövrü başladı.Əslində,Heydər Əliyev Naxçıvanda bütün Azərbaycanın QURTULUŞ mübarizəsinə başladı.
XX əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəlləri bütün Azərbaycanda,o cümlədən onun tərkib hissəsi olan Naxçıvanda ictimai-siyasi hadisələrin ən müəkkəb dövrü kimi xarakterizə olunur.Həmin dövrdə SSRİ rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti,ermənilərin Naxçıvana ərazi iddiaları,sərhədlərdə hərbi toqquşmalar və iqtisadi blokada Muxtar Respublikanın həyatına ciddi təsir göstərmiş və xalq ümidsiz vəziyyətə düşmüşdü. Belə bir zamanda bütün Azərbaycanda, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırmaq üçün siyasi təcrübəyə,diplomatik qabiliyyətə malik rəhbər lazım idi.Belə bir rəhbər Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev oldu.
1990-cı il 30 sentyabr seçkilərində Naxçıvan xalqı Heydər Əliyevi Azərbaycan SSR-nin xalq deputatlığına və Naxçıvan MSSR-in xalq deputatlığına seçdilər. Artıq, İŞIĞA gedən yol başlanmış və xalqın sabaha olan inamlaırı yaranırdı.1990-cı ilin noyabrın 17-də yeni tərkibdə seçilmiş Naxçıvan MSSR-in Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədrliyi ilə keçirildi.Həmin sessiyada məhz Heydər Əliyevin təşəbbüsü ilə çox mühüm qərarlar qəbul olundu: Naxçıvan MSSR adından “Sovet Sosialist” sözü çıxarıldı, Ali Sovet Ali Məclis adlandı,AXC-nin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının rəsmi bayrağı kimi qəbul olundu və Naxçıvan MR Ali Məclisi Azərbaycan Ali Sovetinin qarşısında üçrəngli bayrağın bütünlükdə Azərbaycanın rəsmi dövlət bayrağı kimi tanınması haqqında vəsatət qaldırdı. Həmin sessiyada 1990-cı il 20 yanvar faciəsinə düzgün siyasi qiymət verildi.
1991-ci il 3 sentyabrda Naxçıvan MR Ali Məclisin fövqəladə sessiyasında Heydər Əliyev yekdilliklə Naxçıvan MR Ali Məclisin sədri seçildi.Bu xəbər təkcə Naxçıvanda deyil,bütün Azərbaycanda sevinclə qarşılandı,xalqda sabaha olan inam,əsl liderinə sahib olmaq ümidləri artdı.
Heydər Əliyev Naxçıvan MR Ali Məclisin sədri olduqdan sonra,blokada şəraitində olan Naxçıvanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması,eləcədə inkişafı yönündə mühüm addımlar atıldı.Xüsusilə də Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı.Bu danışıqlar blokada şəraitinin yaratdığı böhranın aradan qaldırılması,iqtisadi problemlərin və enerji məsələlərinin həllində əhəmiyyətli rol oynadı.
Heydər Əliyevin Rusiyanın Müdafiə Nazirliyi ilə aparılan danışıqlar nəticəsində Naxçıvandakı 75-ci diviziya ləğv edildi və onun əmlakının Azərbaycana verilməsi haqqında razılıq əldə edildi.1992-ci ilin avqustunda Rusiya ordusu Naxçıvandan çıxarıldı.İran və Türkiyə arasında əldə edilən razılaşmaya əsasən Naxçıvan ərazisindəki 215 km dövlət sərhədinin mühafizəsi öz sərhədçilərimizə həvalə olundu.1992-ci il sentyabrın sonunda Rusiya sərhəd dəstəsinin sonuncu əsgər və zabitləri səlahiyyətlərini təhvil verərək Naxçıvanı tərk etdilər.Beləliklə,Naxçıvandan ilk milli sərhəd qoşunlarının yaadılmasına başlanıldı.
Ulu öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisin sədrliyi dövrü müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.Siyasi fəaliyyətinin Naxçıvan dövründə Heydər Əliyev gördüyü işlər,atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu,dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.
Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan MR-da gedən müsbət prosesləri xalqımız diqqətlə izləyir və bütün Azərbaycanı bu şəkildə görmək arzusu ilə yaşayırdı.1992-ci il oktyabın 16-da “Səs”qəzeti vasitəsilə 91 nəfər tanınmış Azərbaycan ziyalıları Heydər Əliyevə müaciət ünvanladı.Bu tarixi sənəddə ziyalılar: Ölkəni yaranmış ağır durumdan çıxarmaq üçün xalqın məhz Heydər Əliyevin başçılığı altında Yeni Azərbaycan Partiyasında təşkilatlanmaq, Heydər Əliyevin böyük siyasətə dəvət olunması arzusunu bildirdilər.Ulu öndər ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda YAP-ın yaradılmasına və ona rəhbərlik etməsinə razılıq verdi.Beləliklə,1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında YAP təsis edildi və ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması tarixi zəurət idi.Xalqın Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan YAP-ın tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. YAP dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi. Beləliklə, Naxçıvandan başlanan QUTULUŞ yolu 15 iyun 1993-cü ildə xalqın təkidli xahişləri nəticəsində Heydər Əliyevin yenidən Azərbaycanda hakimiyyətə gəlməsi ilə tamamlandı.15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun ölkəmizin siyasi taixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.
Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarıdır. Gəncliyində memar olmaq istəyən,ancaq ikinci dünya müharibəsinin çətinliyi ucbatından buna nail ola bilməyən Ulu öndər,sonda Müasir Müstəqil Azərbaycan Dövlətinin MEMARI ölmağı bacardı.
1993-cü il oktyabın 3-də və 1998-ci il oktyabrın 11-də keçiilən prezident seçkilərinin nəticələinə müvafiq olaraq ,xalqın yüksək etimadı ilə Azərbaycan Resbublikası Prezidenti seçilən Ülu ondər Heydər Əliyev həyata keçidiyi daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyini daimi, dönməz və əbədi etdi.
Sevinc Orucova,
Heydər Əliyev adına liseyin direktoru

