Cəmiyyət 

Avtovağzallar gücləndirilmiş iş rejiminə keçməyəcək – Tədris ilinə görə

Yeni tədris ili iki gün sonra başlayır. Xüsusilə, ali məktəblərin açılması ilə əlaqədar olaraq paytaxta daha çox sərnişin axınının olacağı güman edilir.

Bəs, Bakı Beynəlxalq Avtovağzal Kompleksi yeni tədris ilinin başlanması ilə əlaqədar necə işləyəcək?

ARANTV.AZ  xəbər verir ki, məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər ki, tədris ilinin başlanması ilə əlaqədar avtovağzalların gücləndirilmiş iş rejiminə keçilməsi nəzərdə tutulmayıb.

Bildirilib ki, sərnişin axını artdıqca avtobusların sayı artırılacaq.

Daha çox xəbərlər