Gündəm 

Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasəti

Ermənilərin azərbaycanlılara qarşı 200 ildən çox davam edən düşmənçilik siyasəti bitmək bilmir.

Azərbaycan torpağının hələ Çar Rusiyası zamanından Qarabağa köçürülməsindən bu günə qədər ermənilərin təxribatları davam edir. Ermənilər ərazilərimizdə məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlayıb. Daha dəqiq desək, hələ 1918-1920-ci illərdə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı unudulmaz olaraq qalıb.

Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırıma məruz qalıb, Əhaliyə onlarla işgəncələr verilib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb.

İşğalçı Ermənistanla Azərbaycan arasında növbəti  münaqişə SSRİ-nin mövcud olduğu dövrdə Ermənistanın Azərbaycana qarşı qanunsuz və əsassız ərazi iddiaları ilə başlayıb.1988-ci ildə daha 250 000 azərbaycanlı öz doğma yurdundan qovulub.

1991 və 1992-ci illərin əvvəllərində Ermənistan Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başlayıb. Münaqişənin aktiv dövrü isə 1994-cü ilin mayına, atəşkəs əldə olunana qədər davam edib.

Bu müddətə qədər Azərbaycanın əhəmiyyətli hissəsi, o cümlədən Qarabağ, ona bitişik yeddi rayonu Ermənistan tərəfindən işğal olundu. Cinayətkar, talançı və işğalçı ermənilər 30 il ərzində əzəli ata-baba torpaqlarımızı işğal altında saxlayıb, onilliklər ərzində yalnız yaşayış məntəqələrini deyil, məzarlıqları da dağıdıb viran qoyub. BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verilir.

Beləliklə, Ali Baş Komandanın rəhbərliyi altında ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edib. 30 ilə yaxın Qarabağ həsrəti 44 gündə son çatdı.

Torpaqlarımız işğaldan azad edildi. Beləliklə, Vətən müharibəsi noyabrın 10-da tarixi Qələbə ilə başa çatdı. Nəticədə Azərbaycan İkinci Qarabağ müharibəsi dövründə nəinki döyüş meydanında, eyni zamanda, informasiya müharibəsində düşmənlərə, Ermənistana havadarlıq etmək niyyəti ilə qərəzli fikir bildirənlərə qalib gəldi.  Ölkə rəhbərliyi tərəfindən istər Vətən müharibəsi, istərsə də postmüharibə dövründə xüsusən effektiv xarici siyasət davam etdirildi.

Prezident İlham Əliyev qətiyyətlə bildirir ki, dəymiş hər bir ziyan hesablanır.

Binyamil Qüdrətov,
2 sayli Baki ASAN xidmət mərkəzinin böyük məsləhətçisi

Daha çox xəbərlər