Bütün şəhidlərimizin qisası alındı – Milli Qəhrəmanın qızı
Regina Kovalyova,
Milli Qəhrəman Yuriy Kovalyovun qızı
Bu gün biz “Bu Vətən bizimdir!” deyib canından keçən igid və mərd oğullarını əziz xatirələrini yad etməliyik.
30 ildir ki, o gün uzaqda deyil deyirdik. Və bu gün igid, mərd ordumuzun sayəsində Ali Baş Komandanın rəhbərliyi altında bayrağımız Qarabağda dalğalanır
Vətən sevgisi
Bu gün Azərbaycan əsgəri Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir və Azərbaycan əsgəri doğma torpaqlarını necə müdafiə etdiyini bütün dünyada sübut etdi və edir.
Vətən müharibəsi tarixində böyük iz qoymuşdur. Atalarımızın, qardaşlarımızın, oğullarımızın qəhrəmanlığı və mətanəti əbədi yaddaşa layiqdir. Onlar üçün Namus, Vicdan, Cəsarət sadə sözlər deyil. Vətən sevgisi öz mənafeyindən, mənfəətindən üstün olanlar. Vətəni, Yurdu, ailəsi üçün bir yoldaşın çiynini örtməyə, canını verməyə hazır olanlar. Şəhidlərimiz hər an bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq!
Biz qalib xalq olaraq əsgərlərimizlə, şəhidlərimizlə fəxr edirik. Bunuda qeyd etmək istəyirəm Vətənpərvərlik hissi, döyüş ruhu gənclərdə hər zaman yüksək səviyyədə olub və bu, bundan sonra da belə olacaqdır!
Xalqımızın birliyini heç bir qüvvə poza bilməz!
Mən Azərbaycanın Milli Qəhrəmanınin Yuri Kovalyovun qızi, İkinci Qarabağ müharibəsi qazisinin həyat yoldaşı olaraq bu gün qəbirlər önündə dayanaraq fəxrlə deyirəm ki, biz qalib gəldik. Başımız dik dayanırıq. Ali Baş Komandanın rəhbərliyi ilə bütün şəhidlərimizin qanının qisası alındı, yenilməz ordumuzun şücaəti sayəsində torpaqlarımız işğaldan azad edildi. İstər 20 Yanvar hadisələri, Xocalı, 1 Qarabağ müharibəsi, istərsə də böyük Qələbə ilə başa çatan Vətən Müharibəsi göstərdi ki, xalqımızın birliyini heç bir qüvvə poza bilməz. Bütün bunlar tariximizin şanlı səhifələridir. Bu gün biz şəhidlərimizə minnətdarıq. Onların sayəsində uğrunda mübarizə apardığımız bütün arzularımız gerçəkləşdi. Bu gün Azərbaycan müstəqillik tarixinin ən şərəfli dövrünü yaşayır. Qarabağımız azaddır”.

