Region Xəbərləri 

Bərdə şəhər Vətən müharibəsi şəhidi çavuş Hüseynzadə Elməddin Fərman oğlunun şəhadətinin il dönümüdür.

Bu gün Bərdə şəhər T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin məzunu – Vətən müharibəsi şəhidi çavuş Hüseynzadə Elməddin Fərman oğlunun şəhadətinin il dönümüdür. Bu münasibətlə məktəbin direktor müavini, şəhidin ibtidai sinif mülliməsi və digər müəllimlər onun məzarını ziyarət edib, əziz xatirəsini dərin ehtiram hissi ilə yad etmişlər.
Qeyd edək ki, #Şəhid Elməddin Hüseynzadə 24 mart 1998-ci ildə Bərdə rayonunun Divanlı kəndində ailəsində anadan olmuşdur. 2004-2015-ci illərdə Bərdə şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi.
2020-ci il sentyabr ayın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi növbəti təxribata əks-hücumla başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsi üçün həyata keçirilən hərbi əməliyyatlarda iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır.
Bərdə şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezinetinin müvafiq sərəncamları ilə çavuş Hüseynzadə Elməddin Fərman oğlu ölümündən sonra “Cəsur döyüşçü”,”Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medallı ilə təltif edilmişdir.
Ruhun şad, məkanın cənnət olsun Vətən oğlu!!! 🇦🇿🇦🇿🇦🇿

Daha çox xəbərlər