Cəmiyyət 

Jurnalistikadan incəsənətə

20.04.2019-cı il tarixində “Azərkitab” kitab Təbliği Mərkəzində “Jurnalistikadan incəsənətə” adlı fərdi sərgi təşkil olundu.
ARANTV.AZ xəbər verir ki, həmişə bir-birindən gözəl sərgi və tədbirlərin təşkil olunduğu gələn qonaqların qarşılamağından yola salmağına qədər və yüksək səviyədə təşkilatçılığıyla daima fərqlənən Sabir Həsənovun başçılıq etdiyi Azərkitab evində növbəti sərqi keçirildi. Lalə xanım və İsgəndərin təqdimatında “Azərkitab” kitab Təbliği Mərkəzində “Jurnalistikadan incəsənətə” adlı fərdi sərgi təşkil olundu. Xatırladaq ki, sərgi Mətbuat Şurasının dəstəyi,və Azərkitab- Kitab Təbliğatı Mərkəziənin təşkilatçılığıyla keçirildi. Sərgidə Lalə Sərdarlı və İsgəndər Sərdarlının əl işlərindən ibarət 60-dan çox əsəri nümayiş etdirildi.Tədbiri Mərkəzin lahiyə rəhbəri Sabir Həsənov giriş sözü ilə açaraq bildirdi ki, bu gün dövlətin incəsənətə qayğısı nəticəsində Azərbaycan dekorativ tətbiqi sənətinin yaranması, işlənmə texnikasının inkişafı və bu sənətin nümayəndələrinin əsərlərini Respublika və Beynəlxalq sərgilərdə uğurla çıxış etdirməsinə gətirib çıxarır. Daha sonra səkkiz dəqiqəlik video çarx göstərildi. Sərgidə bir sıra şairlər, mətbuat nümayəndələri, təşkilat rəhbərləri, ziyalılar və İsgəndər Sərdarlının dostları iştirak etdilər. İsgəndər Sərdarlı və Lalə Sərdarlı 1987-ci ildən jurnalist kimi fəaliyyət göstərmişlər. Lakin son illərdə tətbiqi incəsənətə meyl göstərmişlərdilər. Bu illər ərzində yaratdıqları sənət əsərləri nümayiş etdirmək qərarına gəlmişlər. Bu gündə Macarıstan və Kipir milli müzeylərində onların yaratdıqları sənət əsərlərinin bəziləri sərgilənir.
Bizdə İsgəndər və Lalə Sərdarlıların yaratılıcığında uğurlar arzu edirik.
Fesih Alioğlu

Jurnalistikadan incəsənətə
Jurnalistikadan incəsənətə
Jurnalistikadan incəsənətə

 

>

Vetenperverler.Az

Daha çox xəbərlər