Dünya 

Əfqanıstanda mədəndə 8 nəfər boğulub öldü

Əfqanıstanın şimalında kömür mədənində qəza baş verib.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, mədəndə qaz sızması nəticəsində 8 nəfər dünyasını dəyişib.

Hadisə Samanqan vilayətində baş verib. Vilayət məmuru Raz Məhəmmədin sözlərinə görə, işçilər Dara-i-Sufi Bala adlı mədəndə olarkən naməlum səbəbdən zəhərli qaz sızması baş verib.

Daha çox xəbərlər