Azərbaycanda 32 yaşlı qadın itkin düşdü
Ağdamda qadın itkin düşüb.
Lent.az xəbər verir ki, 32 yaşlı Şəlalə Musa qızı İsmayılova yaşadığı ünvandan gedib və bir daha geri qayıtmayıb.
Onun atası Musa İsmayıl oğlu İsmayılov oktyabrın 9-da polisə müraciət edərək qızının itkin düşdüyünü bildirib.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

