Erməni terroru: Türk diplomatlarına qarşı bəşəri cinayətlər
Terror, günahsız insanlara qarşı ağlasığmaz qəddarlıq törətmək ermənilərin əsl xislətidir. Həmişə güclü əllərin-dövlətlərin maşası rolunu oynayan, “böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri bütövlükdə türk-müsəlman əhaliyə qarşı yönəlmiş soyqırımı, terror siyasəti həyata keçirərək dəhşətli cinayətlər törədiblər. Rus tarixçi alimi Viktor Semyonov 1975-ci ildə Moskvada nəşr olunan “Orta əsrlər tarixi” kitabında yazırdı ki, XI-XIII əsrlərdə Roma papalarının çağırışı ilə İsa peyğəmbərin qəbrinin xilası bəhanəsi ilə türklərə qarşı səlib (xaç) yürüşünə bələdçilik edənlər, yol göstərənlər məhz ermənilər olub.
Yeri gəlmişkən, terroru dəstəkləyən erməni qriqorian kilsəsinin yüz illər boyu əsas məqsədi dini-etnik münaqişələr zəminində yaratmaq, türk-müsəlman əhalisini etnik təmizləməyə və deportasiyaya məruz qoymaq olmuşdur. Bu şər yuvası daim xarici havadarlarının köməyi ilə qeyri-müsəlmanlara qarşı dini-etnik düşmənçiliyin yaranmasında xüsusi canfəşanlıq göstərib. Son iki yüz il ərzində erməni qriqorian kilsəsinin və katalikoslarının təlimat və göstərişləri ilə azərbaycanlılara və türklərə qarşı xüsusi qəddarlığı ilə seçilən böyük terror aktları törədilmiş, uşaqlar və qadınlar da daxil olmaqla mülki əhali kütləvi qətliam və soyqırımına məruz qalmış, yaşayış məskənləri tarixi abidələr məhv edilmiş, məscidlər yandırılmış, təhqir olunmuşdur.
Birinci Dünya müharibəsi və Azərbaycan Demokratik Respublikasının devrilməsindən sonra Türkiyə və Azərbaycanın ictimai-siyasi xadimlərinin qətli erməni millətçi-terrorçu təşkilatı “Daşnaksütyun”un əsas vəzifələrindən biri oldu. Bu məqsədlə 1919-cu ildə Yerevanda “Daşnaksütyun”un IX qurultayında əsl adı Qaregin Pastermacyan olan Armen Qaronun rəhbərliyi altında “Nemesis” (“Cəza”) xüsusi terror təşkilatının aksiyasının başlanması haqqında qərar qəbul edilmişdi. O, Osmanlı parlamentinin keçmiş deputatı idi və Birinci Dünya müharibəsinin başlanğıcında qaçıb çar Rusiyası tərəfə keçmişdi. “Nemesis” əməliyyatlarının koordinatoru Amerikada yaşayan, sonradan Akop Ter-Akopyan olan Türkiyədən gəlmə erməni Şahan Natali idi. Maliyyə, logistika və kadrların hazırlanmasına Aron Saçaklyan cavabdeh idi. “Nemesis”in siyahısına Türkiyə və Azərbaycanın 650 siyasi və dövlət xadiminin adı daxil edilmişdi.
Erməni terror təşkilatları ötən əsrin 70-80-ci illərində dünyanın müxtəlif ölkələrində türk diplomatlarına qarşı terror aktları törədiblər. Başda ASALA olmaqla erməni terror təşkilatlarının 1973-1984-cü illərdə dünyanın müxtəlif ölkələrində törətdikləri 23 terror aktları nəticəsində 31 türk diplomatı qətlə yetirlib, onlarla insan yaralanıb. XX əsrin əvvələrində Türkiyə və Azərbaycanda hədsiz sayda günahsız insanı qətlə yetirən erməni terrorçuları sonrakı onilliklərdə də dünyanın müxtəlif ölkələrində qanlı cinayətləri davam etdiriblər. Bu terror dalğası Vyanadan da yan keçməyib. 1975-ci il oktyabrın 22-də Türkiyənin Avstriyadakı səfiri Hüseyin Danış Tunalıgil iş kabinetində ASALA-nın üç terrorçusu tərəfindən qətlə yetirilib. BMT-nin Vyana bölməsində çalışan Evner Ergün və Türkiyə səfirliyinin əməkdaşı Erdoğan Özen müxtəlif illərdə törədilmiş sui-qəsdlərin qurbanı olublar.
Ötən əsrin 70-ci illərində ASALA-nın çoxsaylı erməni terror qrupları yaradıldı: “Erməni azadlıq cəbhəsi” (1979-cu il), “Erməni azadlıq hərəkatı” (1981-ci il), “Orli” (1981-ci il), “İntihar edənlərin eskadronu” (1981-ci il), “9 İyun” (1991-ci il), “Erməni birliyi” (1988-ci il), “Gənc ermənilər ittifaqı” (1990-cı il). Bundan başqa, ASALA terror təşkilatı qanlı aksiyalarını tez-tez “Orli” və “3 oktyabr” qrupları adından həyata keçirirdi. Əvvəlcə bu təşkilatların həmlələrinin obyekti türk diplomatları idi. Sonradan onlar Türkiyə ilə dost münasibətində olan və ASALA-nın döyüşçülərini həbs edən dövlətlərin vətəndaşlarına və nümayəndələrinə qarşı çoxsaylı hücumlar edirlər. Qarabağ münaqişəsinin gərginləşdiyi dövrdə onlar bölgəyə silah çatdırılması və muzdluların cəlb olunması ilə məşğul olaraq həmçinin Dağlıq Qarabağda etnik azərbaycanlılara qarşı çoxsaylı hücumlar təşkil edirdilər.
Ümumilikdə 1975 – 1985-ci illər ərzində dünyanın 21 ölkəsinin 38 şəhərində ASALA-nın terror qruplaşmaları tərəfindən 200-dək terror aktı həyata keçirilmişdi. Onlardan 39-u silahlı hücum, 70-dən çoxu bomba partlayışı ilə müşayiət olunmuşdu. Amansızcasına törədilmiş bu terror aktları nəticəsində 42 türk diplomatı və digər dövlətlərin 4 diplomatı öldürülmüşdü, həmçinin 15 Türkiyə vətəndaşı və digər dövlətlərin 66 vətəndaşı müxtəlif ağırlıq dərəcəsində yaralanmışdılar. 1973-cü il yanvarın 7-də Türkiyənin Los-Ancelesdəki baş konsulu Mehmet Baydar və bu şəhərdəki konsulu Bahadır Dəmir erməni terrorçu Qurgen Yanukyan tərəfindən qətlə yetirilmişlər.
Bundan başqa, erməni terrorçuları tərəfindən həyata keçirilən sui-qəsdlər zamanı 1991-ci və 1994-cü illərdə Türkiyənin Yunanıstandakı səfirliyinin əməkdaşları Çetin Görgü və Ömer Haluk Sipahioğlu, 1993-cü ildə İraqdakı səfirliyinin attaşesi Çağlar Yücel, 2004-cü ildə Mosuldakı baş konsulluğunun attaşeləri Nihat Akbaş, Bilal Urgen, Adem Çiçek, Bülent Kıranşal və Süleyman Karahasanoğlu, 2013-cü ildə Türkiyənin Somalidəki səfirliyinin əməkdaşı Sinan Yılmaz və bu il Ərbildəki baş konsulluğunun əməkdaşı Osman Köse qətlə yetiriliblər. Bu sui-qəsdlərin əksəriyyəti ASALA və JCAG terror təşkilatları tərəfindən həyata keçirilib.
Çox təəssüf ki, hazırda təcavüzkar Ermənistan hökumətinin qızışdırıcı, aqressiv mövqeyindən ruhlanan erməni terror təşkilatları Azərbaycanın və Türkiyənin xarici ölkələrdəki diplomatik missiyalarını, vətəndaşlarını hədəfə götürməklə hədələyirlər. Təbii ki, bu gün Azərbaycanın səfirliklərinə basqın, ABŞ-da səfiriliyimizin xidməti avtomobilinin güllələnməsi erməni millətçi təşkilatlarının diplomatlara qarşı terror siyasətinin davamıdır.
Nəhayət, bu gün beynəlxalq terrorizmə qarşı fəal mübarizə aparan dünya birliyi erməni terroru təhlükəsinə daha ciddi yanaşmalı, onlara qarşı ən sərt cəza tədbirləri görməlidirlər ki, yenidən bəşəri cinayətlər baş verməsin, günahsız insan faciələri təkrarlanmasın.