Dövlət Xidməti Kürdəmirdəki qədim alban abidəsinin qorunduğunu açıqlayıb
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin abidə mühafizəçiləri tərəfindən Kürdəmirin Sığırlı kənd qəbiristanlığında yerləşən qədim Qafqaz Albaniyasına məxsus Qaratəpə tarixi abidəsinin qorunmasına nəzarət edilir.
ARANTV.AZ xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.
Qeyd olunub ki, Qaratəpə yaşayış yeri və qədim qəbiristanlıq ölkə əhəmiyyətli arxeoloji abidədir: “Abidənin ətrafında yerləşən ərazi orta əsrlərdən hazırki dövrə qədər qəbiristanlıq kimi istifadə olunur. Arxeoloji abidənin ərazisinin mühafizəsi məqsədilə ətrafı dəmir torla hasara alınıb. Aparılan maarifləndirici tədbirlərdən sonra son dövrlər abidəyə yaxın yerlərdə dəfnlərin həyata keçirilməsinin qarşısı alınıb”.
Qeyd edək ki, bir neçə gündür, sosial şəbəkələrdə tarixi abidənin məhv olmasına dair görüntülər yayılıb.

