Yeni Azərbaycan Partiyasının nümayəndələri Bərdədə olarkən tarixi “Torpaq Qala” və “Allah-Allah” türbəsində olmuşlar.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisdə Komitə sədri Tahir Mirkişili, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, Millət vəkili Fatma Yıldırım, YAP Mərkəzi Aparatının məsul əməkdaşı, Qarabağ, Şərqi Zəngəzur zonası üzrə kurator Elmar Məmmədov Bərdədə olarkən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya və YAP fəallarından bir qrupu ilə birlikdə “Torpaq Qala” və “Allah-Allah” türbəsində olmuşlar. Qonaqlara Bərdənin tarixi və həmin tarixi abidələr haqqında məlumat verilmişdir. “Torpaq Qala”nın yaşının IV əsrə aid, “Allah – Allah” türbəsinin XIV əsrə aid olduğu bildirilmişdir. 500 il paytaxt şəhər olmuş Qarabağın qapısı olan Bərdənin qədim tarixi maraqla qarşılanmışdır.





