Gündəm 

Ermənistanın yekun sülh sazişi imzalamaqdan yayınması sülh prossesini ləngidir

Oktyabrın ayının 31-də Cənab Prezident İlham Əliyev Rusiyanın Soçi şəhərinə səfəri baş tutub. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvətilə üçtərəfli görüş keçirilmişdir. Görüşün əsas səbəbi Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşdırılması və bir sıra məsələlərin müzakirəsi olundu. Soçi görüşünün təşkilində məqsəd yalnız Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını tezləşdirmək, normallaşma prinsipləri əsas tutulurdu. Azərbaycan və Ermənistan arasında danışıqları kimin, hansı niyyətlə təşkil etməsinə baxmayaraq, bundan öncə hansı hazırlıqlar görülməsindən asılı olmayaraq aktuallıq Azərbaycanın dövlət başçısı İlham Əliyevin müəyyənləşdirdiyini hər kəs növbəti dəfə gördü. Bu görüş bir daha sübut etdiki Azerbaycanın irəli sürdüyü şəffav siyasət, növbəti dəfə haqlı maraqlarını müdafiə etmək iradəsinə qadirdir.

Azərbaycan hər zaman olduğu kimi haqlı mövqelərini davamlı olaraq mökəmləndirərək üç tərəfli görüşdə iştirak etməyinə baxmayaraq, Ermənistan regionda gərginliyə səbəb olaraq yanlış addımlarla Soçi görüşünə yollandı. Soçi görüşündə Azərbaycan Ermənistana sülh bağlamaq üçün şərtlər irəli sürüb və bu təkliflər üzrə addımlar ataraq yekun sülh sazişini imzalamaq olardı. Amma Ermənistanın davranışları yekun sülh sazişini imzalamaqdan yayınmaq istədiyini göstərərək bir daha regionda sabitliyin əldə olunmamasını istəyərək öz məkirli siyasətlərini bir daha nümayiş etdirdilər. Ona görə də özünə kənarda dəstək axtaran Ermənistan, israrla ATƏT-in Minsk qrupunun yenidən reabilitasiyasına çalışır. Çünki ATƏT-in Minsk qrupu vaxtilə Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin leqallaşdırılmasına xidmət edən fəaliyyət göstərirdi. Ermənistan hesab edir ki, Minsk qrupu bu gün də onlar üçün xilaskar rolunu oynaya bilər.

Bunuda qeyd etmək lazımdır ki Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirmişdir ki mövcud olan vəziyyəti müzakirə etməli, problemlərin həll yolunu axtarmaq lazımdır. Bu ifadənin ardinca Cənab prezident İlham Əliyev qeyd edərək, uzun illər mövcud olmuş Qarabağ münaqişəsinin artıq geridə qalığını və indi Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində “müzakirə etmək, hərəkət etmək” vaxtıdının gəlib çatdığını vurğuladı. “Qarabağ münaqişəsi artıq tarixdədir, iki il əvvəl artıq həll olunub və praktiki olaraq, bu baxımdan müzakirəsi olunası bir şey yoxdur, amma Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sözsüz ki, ciddi addımlar tələb edən formatdır və biz Rusiyanın bu sahədə töhfəsini, bu məqsədə çatmaqda rolunu səbirsizliklə gözləyirik” deyə, Cənab prezident İlham Əliyev qeyd edib.

Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur.Azərbaycan diplomasiyasının gücü ərazi bütövlüyümüz çərçivəsində imzalanacaq sülh anlaşmasına yaxınlaşdırır. Sülhdən isə bütün region faydalanmış olacaq.

Sübhan Ərəbi,
YAP-ın gənc fəalı

Daha çox xəbərlər